Sosial
84 həkim işə qəbul olundu
Səhiyyə Nazirliyi həkimlərin mərkəzləşdirilmiş işə qəbulu ilə bağlı keçirdiyi son müsabiqənin nəticəılərini açıqlayıb. Nazirlikdən “Olaylar”-a verilən məlumata görə, müsabiqənin nəticılərinə əsasən, 84 nəfər həkim işə qəbul edilib.
Metropoliten yenidənqurma işlərinə başlayır
Avqust ayından "Bakmil" stansiyasının yenidən qurulmasına başlanılacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Bakı Metropoliteni”nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Bakı metropoliteninin yeganə yerüstü stansiyası olan "Bakmil" açıq hava şəraitində uzunmüddətli istismar nəticəsində atmosfer mühitinin aqressiv təsirlərinə məruz qalıb. Bu səbəbdən stansiya platformasının möhkəmləndirilməsi, fasad üzlüyünün, divar və döşəmə örtüyünün yenilənməsi, qapı və pəncərələrinin dəyişdirilməsi zərurəti yaranıb. Təmir işlərinin aparıldığı müddət ərzində sərnişinlər stansiyadan istifadə edə biləcəklər. Stansiyanın xidmətindən istifadə edən sərnişinlərin təhlükəsizliyi və rahatlığını maksimum təmin etmək məqsədilə stansiyanın yenidən qurulması əvvəlcədən hazırlanmış tədbirlər planına uyğun yerinə yetiriləcək.
İctimaiyyət nümayəndələri ilə görüş keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonda ideoloji işin səmərəliliyinin artırılması və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə apardığı siyasətin təbliği ilə əlaqədar mühazirəçilər qrupunun Masallı rayonunun Qızılağac kəndində ictimaiyyət nümayəndələri ilə görüşü keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbiri giriş sözü ilə açan Masallı RİH başçısının müavini Aybəniz Qafarova ölkə rəhbəri cənab İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasətdən söhbət açıb.
Temperatur 40 dərəcəyə yüksələcək
Sabah Azərbaycanda havanın temperaturu 40 dərəcəyə yüksələcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, avqustun 5-də Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Zəif şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 9,1 faiz artıb
Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən sistemli islahatlar ölkəmizdə uğurlu iqtisadi şaxələndirmə şəraitində sosial-iqtisadi inkişaf proseslərinin davam etməsinə imkan verərək, respublikamızın müasir standartlara cavab verən sığorta-pensiya sistemində də müsbət nəticələrin əldə olunmasına şərait yaradıb.
Qanun pozuntularına görə 173 akt tərtib olundu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. “Olaylar” – a daxil olan məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 173 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 41 müddətli “məcburi göstəriş” verilib.
Vidadi Muradov: “Cocuq Mərcanlı toxucuları “Azərxalça”da daimi iş yerləri ilə təmin olunacaqlar”
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvləri avqustun 3-də Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində sakinlərlə görüşmüşlər. Görüşdə Qarabağ xalçaçılığının müasir vəziyyəti, işğal olunmuş rayonların əhalisi arasında xalçaçılığın inkişaf perspektivləri, Cəbrayıl rayonunun xalçaçılıq ənənələri, Cocuq Mərcanlı kəndinin toxucularının “Azərxalça” ASC-nin Füzuli filialının fəaliyyətinə cəlb edilməsi və s. kimi məsələlər müzakirə olunub, əhalini maraqlandıran suallar cavablandırılıb.
Azərbaycanda havaların kəskin istiləşəcəyi barədə xəbərdarlıq edilib
Avqustun 10-dək Azərbaycanda havaların kəskin istiləşəcəyi ilə bağlı xəbərdarlıq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında avqustun 05-dən birinci ongünlüyün sonunadək havanın maksimal temperaturunun 35-39°, bəzi günlərdə 41° isti olacağı gözlənilir.
"Qaçqınkom" sədrinin nəvəsinin maşınının yandığı dəhşətli qəzada ölən iki şəxsin adı məlumdur- VİDEO
Bakının Heydər Əliyev prospektində dəhşətli qəzanın baş verdiyini xəbər vermişdik. Baş Nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus 10-PP-203 dövlət nömrə nişanlı “Gelandewagen” markalı maşın 3 piyadanı vurub, daha sonra isə idarəetməni itirərək, işıq dirəyinə çırpılıb.
Xəzərin adaları ilə bağlı maraqlı xəbər - 80 ildə İLK DƏFƏ
Azərbaycanın 80 illik elmi tədqiqat tarixində ilk dəfə olaraq, Xəzərin adalarında bioloji tədqiqatlar aparılacaq. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. E.Yusifov bildirib ki, elmi tədqiqatlar AMEA-nın Zoologiya və Neft və Qaz İnstitutları tərəfindən aparılacaq. Tədqiqatlar zamanı Bakı və Abşeron yarımadasının arxipelaq adalarının torpaq əmələ gəlmə prosesi, vulkanizm, fauna və florası öyrəniləcək.
Almaniyada Azərbaycana həsr edilmiş Yay Festivalı keçirilib
Almaniyanın Kleinsassen şəhəri bu ilki ənənəvi yay festivalını Azərbaycan mövzusuna həsr edib. “OLAYLAR”-ın xəbərinə görə. "Nar və Odlar yurdu“ adı ilə keçən çoxşahəli mədəniyyət və incəsənət proqramı iyun ayından başlayaraq avqustun sonuna qədər davam edəcək.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti daxili yükdaşıma üçün geniş imkanlar yaradacaq
“Bu layihənin işə düşməsi beynəlxalq yük daşıma ilə bərabər daxili yük daşıma üçün də geniş imkanlar yaradır”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri yap.org.az-a millət vəkili Aydın Hüseynov Prezident İlham Əliyevin Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı fəaliyyəti, habelə buradakı kompleksinin tikintisinin sürətlənməsi ilə bağlı bu günlərdə imzaladığı sərəncama münasibət bildirərkən səsləndirib.
Azərbaycanda dini radikalizm və ekstremizmin sosial bazası yoxdur
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və “BP Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə dini radikalizmlə mübarizə ilə bağlı maarifləndirici xarakterli seminar-müşavirə keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə DQİDK sədrinin müavini Səyavuş Heydərov, “BP Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və şirkətin əməkdaşları iştirak ediblər.
Xəstəxanada BİABIRÇI OLAY: hamilə qadını... - ANBAAN VİDEO
Çilidə fəaliyyət göstərən xəstəxanalardan birində yaşanan olay mediada geniş müzakirələrə yol açıb. Çili respublikasının dövlət xəstəxanalarından birində iki işçi arasında yaranan münaqişə təhlükəsizlik kameralarına düşüb.
Sosial şəbəkələr insanlarda hansı fəsadlar yaradır?
Britaniyalı alimlərin yeni tədqiqatlarına əsasən, “Facebook” və “Twitter” kimi sosial şəbəkələr insanların qeyri-adekvat və narahat hislər keçirməsinə səbəb olur. Eksperiment çərçivəsində sorğuda iştirak edənlərin 50 faizi bildirib ki, onların həyatı bu xidmətlərdən istifadəyə başladıqdan sonra mənfiyə doğru dəyişib.














