Sosial

Yağış sularının yığılma təhlükəsi olan ərazilərdə layihələrin icrası davam etdirilir

4 Avqust 2017 16:21

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində yağış sularının yığılma təhlükəsi olan avtomobil  yolları və ərazilərdə səth sularının kənarlaşdırılması üçün kompleks tədbirlərin görülməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamından irəli gələn layihələrin icrasını davam etdirir.

“AZƏRKİTAB” beynəlxalq layihəyə imza atdı

4 Avqust 2017 15:50

“AZƏRKİTAB” Kitab Təbliğatı Mərkəzi beynəlxalq layihələrə imza atır. AZƏRKİTAB” Kitab Təbliğatı Mərkəzində “AZƏRKİTAB” ilə dünya şöhrətli yazıçı, dedektiv janrının ustası,  Yazıçılar Birliyinin üzvü, xalq yazıçısı Çingiz Abdullayev arasında Müəllif Lisenziya müqaviləsinin imzalanma mərasimi keçirilib.

Məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi məktəblərin sayı açıqlanıb — SİYAHI

4 Avqust 2017 15:47

Respublika üzrə məktəbəhazırlıq qruplarının fəaliyyət göstərəcəyi ümumtəhsil müəssisələrinin sayı açıqlanıb. Yeni tədris ilində Abşeronda 39, Ağcabədidə 62, Ağdaşda 33, Ağstafada 30, Ağsuda 24, Astarada 48, Bakıda 266, Balakəndə 38, Beyləqanda 31, Bərdədə 48, Biləsuvarda 34, Cəlilabadda 66, Daşkəsəndə 9, Gədəbəydə 38, Gəncədə 44, Goranboyda 62, Göyçay 50, Göygöldə 20, Hacıqabulda 25, İmişlidə 55 ümumi təhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək.

75 cinayət faktı qeydə alınıb

4 Avqust 2017 15:36

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 75 cinayət faktı qeydə alınıb, onların da 12-si “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi xəbərə görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 28 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 

Bu obyektlərin sahibləri CƏZALANDIRILDI

4 Avqust 2017 15:28

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Sumqayıt şəhərində açıq su hövzələrinin çirkləndirilməsinə qarşı növbəti reyd keçirilib. Nazirlikdən “Olaylar” – a bildirilib ki, reyd zamanı Sumqayıt şəhərində “Acı-Dərə”si kanalı boyu ərazidə bərk məişət tullantılarının qalaqlanması, 76-cı məhəllədə fəaliyyət göstərən “Quşçuluq təsərrüfatı”nda formalaşan çirkab suların təmizlənmədən birbaşa “Acı-Dərə”si kanalına axıdılması, Xəzər dənizi sahil zolağında “Freqat”, “Nicat”, “Orxan”, “Neptun”, “Sahil”, “Alinea” ictimai iaşə obyektlərində yaranan bərk və maye mənşəli məişət tullantılarının qanunvericiliyə uyğun qaydada idarə edilməməsi faktları aşkar olunub. Faktlarla bağlı obyekt sahibləri barəsində protokollar tərtib edilib. 

Azərbaycanın məşhur dindarından şok açıqlama: "Namaz qılmayanlar öldürülə bilər"

4 Avqust 2017 15:27

Bu yaxınlarda Türkiyə televiziyalarının birində müzakirə olunan “bəzi məzhəblərdə namaz qılmayanlara ölüm cəzası verilməsi” mövzusu ölkədə gündəm yaradıb.

Azərbaycanda fikir, söz və məlumat azadlığının qarantı dövlət başçısıdır

4 Avqust 2017 15:19

Bu bir reallıqdır ki, kütləvi informasiya vasitələrinin inkişafı, mətbuatın normal qaydada fəaliyyət göstərməsi üçün dövlətin bu sahəyə yardımı, diqqət və qayğısı zəruridir. Mətbuata dövlət qayğısı olmadan, onun inkişafına yönəlik addımlar atılmadan indiki dövrdə kütləvi informasiya vasitələrinin normal qaydada fəaliyyəti bir qədər mümkünsüz, çətin olur.

"Gelandewagen"də ölən Mehdi kimdir? - YENİ FAKTLAR

4 Avqust 2017 15:17

Ötən gecə paytaxtın Heydər Əliyev prospektində baş verən qəzada həlak olan "Mercedes Gelandewagen" markalı avtomobilinin sürücüsü Mehdi Əliyev barədə yeni məlumatlar daxil olub.  Mehdi Əliyev sadə bir ailənin övladıdır. 1987-ci ilin aprelin 16-da Bakı şəhərində anadan olub. Bir müddət Bakı şəhərində yerləşən R&B kafedə çalışıb.

Kollecə qəbul olmaq istəyənlərin nəzərinə

4 Avqust 2017 15:14

Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi 6 avqust tarixində saat 23:59-da başa çatır. Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, qeyd olunan vaxta kimi ixtisas seçimi edib təsdiq etməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Rəsmi nigahsız evliliklərin fəsadları

4 Avqust 2017 14:48

Ötən il Azərbaycanda nikahdankənar 30 min uşaq doğulub. Azərbaycanda ötən il 6146 boşanma halı övladı olmayanların payına düşüb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il boşananlardan 3399-nun bir, 3569-nun isə iki və daha çox övladı olub. Boşanma nəticəsində valideynlərindən biri ilə qalan uşaqların sayı 11295 olub. Hər 100 boşanmaya düşən uşaqların sayı 162 nəfərdir. Bu rəqəmlər artıq ciddi narahatlıq doğurur. Bəs görəsən niyə nikahdankənar doğulan uşaqların sayı getdikcə artır? Niyə ailə quran gənclərimiz nikah bağlamağa meylli deyillər? Burada ən çox kimin məsuliyyətsizliyi var? Tərəflərin özününmü, valideynlərininmi, yoxsa aidiyyəti  qurumlarınmı? Problemi necə həll etmək olar? Ümumiyyətlə, təkcə maarifləndirmə işi kifayətdirmi,  yoxsa başqa tədbirlər də görülməlidirmi?

“Üzən minaya artilleriya atışı” icra olunacaq

4 Avqust 2017 14:33

Dəniz kuboku - 2017” müsabiqəsi çərçivəsində “Hava hədəfinə artilleriya atışı” üzrə 2-ci epizod icra edilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, yarışlarda iştirak edən Rusiyanın “Qrad Sviyajsk” kiçik raket gəmisi və İranın “Cövşən” raket kateri hava hədəflərini məhv edərək tapşırığı yerinə yetiriblər.

7 amerikalı tələbə Azərbaycan dilini öyrəndi

4 Avqust 2017 14:25

Avqustun 4-də  Dillər Universitetində  universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribovanın təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin Amerika Şurası və ADU-nun birgə layihəsi olan “CLS Azerbaijani”  Proqramının bağlanış mərasimi keçirilib. Universitetedən “Olaylar” – a bildirilib ki, bağlanış mərasimində ABŞ-ın ölkəmizdəki səfirliyinin əməkdaşı Rey Neyler, Amerika konsulluğunun Azərbaycan üzrə direktoru Codi Blakenşip, tələbələrə Azərbaycan dilini tədris edən müəllimlər, dil həmkarları, eyni zamanda amerikalı tələbələr iştirak edib. Azərbaycan dilini öyrənmiş amerikalı tələbələrin bu işin öhdəsindən yüksək bacarıqla gəldiklərini deyən J.Qəribova proqram çərçivəsində 7 amerikalı tələbənin 8 həftə müddətində Azərbaycan xalqının mədəniyyəti, dili və tarixi ilə daha yaxından tanış olduqlarını söyləyib. Tələbələrdə bu dili öyrənməyə böyük maraq gördüyünü deyən J.Qəribova ənənəyə sadiq qalaraq əlaqələrin davam edəcəyinə ümid etdiyini vurğulayıb.

"Əxlaq dəyərlərinin qorunması baxımından Azərbaycanda yeganə yer Naxçıvandı"

4 Avqust 2017 14:14

Son günlərdə media manşetinə çevrilən baş vermiş təcavüz hadisəsinin bu qədər rekord yığmaq və öz izlənmə sayını artırmaq üçün müxtəlif saytlar tərəfindən iyrəncliklə yararlanması qəzəb doğurucu haldır. Bəs deyilmiş kimi ,natamam, əsassız məlumatlarla tələm-tələsik yayımlanmış yazılarda bu hadisə sanki Naxçıvan elinə, naxçıvanlılara xas bir davranırmış kimi qabardılır. Unutmamalıyıq ki, biz hamımız bir cəmiyyətin fərdləriyik və hər kəs yaxşı, hər kəs pis olacaq deyə bir şərt yoxdur.  Necə deyərlər, hər yerin pisi də var, yaxşısı da.

Ramiz Zeynalov Bakıdakı dəhşətli qəza barədə: "Məlumatım yoxdur"

4 Avqust 2017 13:57

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov ötən gecə paytaxtın Heydər Əliyev prospektində baş verən avtomobil qəzası hadisəsinə qısa münasibət bildirib. General R.Zeynalov ölkə.az-a açıqlamasında hazırda Bakıda olmadığını söyləyib: "Hazırda tədbirdəyəm, danışa bilmirəm. Ötən gün baş verən hadisə ilə əlaqədar da geniş məlumatım yoxdur. Çünki tədbirdə olmuşam. Hadisənin baş vermə səbəbləri Bakı şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırılır. Şübhəsiz ki, araşdırıldıqdan sonra məsələyə obyektiv qiymət veriləcək".