Sosial

Bakıda daha bir avtomobil yandı

5 Avqust 2017 09:35

Bakının Nizami rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib. Avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb. Metronun "Koroğlu" stansiyasından şəhərin mərkəzi istiqamətində hərəkətdə olan "Renault Logan" markalı minik maşını qəfildən sürücünün idarəetməsindən çıxaraq yolun kənarındakı işıq dirəyinə çırpılıb. İşıq dirəyini aşıran avtomobil ikinci dərəcəli yola keçib və yanmağa başlayıb.

Ağciyərləri təmizləyən ÇOX UCUZ VASİTƏ

4 Avqust 2017 19:05

Qozun içindən çıxan pərdənin yeni faydaları üzə çıxıb. Qozun içindən çıxan pərdəsi də sağlamlığımız üçün olduqca xeyirlidir. Məlum olub ki, qoz pərdələri ağciyələri təmizləyən effektli vasitədir. Əgər diqqət etmisinizsə, görünüş etibarilə onlar ağciyərə bənzəyir.

Bir yaşa qədər uşaqların ölüm səbəbləri açıqlandı

4 Avqust 2017 19:00

Ötən il Azərbaycanda 1 yaşadək 1666 uşaq ölüb. Ölənlərin 1380-i şəhər yerləri, 286-ı kənd yerlərinin payına düşür. Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, 5 yaşa qədər ölən uşaqların sayı isə respublika üzrə 2092-dir. Onların 1259-u oğlan, 833-ü qızdır.

Özünüzü cazibədar hiss etməyə hazırsınız? - Onda sentyabrın gəlməsini gözləməyin!

4 Avqust 2017 18:55

Özünüzü seksual hiss etməyə hazırsınız? Xəbəriniz olsun ki, bu payızın rəngi ehtiras və şəhvət rəzmi sayılan qırmızıdır. Bu rəngin ən parlaq çalarlarını istənilən vaxt və hara desən geyinmək olar.

AMEA Çin-Rusiya İnnovasiya Texnoparkı ilə memorandum imzaladı

4 Avqust 2017 18:45

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkı ilə Çin-Rusiya İnnovasiya Texnoparkı arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bakıda havanı korlayan 160 sürücü cərimələnib

4 Avqust 2017 17:42

Bu gün səhər saatlarından nahar fasiləsinə qədər “Təmiz hava” aylığı çərçivəsində Bakının “Ekologiya postu”nda 100-dən artıq nəqliyyat vasitəsinə baxış keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Bakıda küçədən meyit tapıldı

4 Avqust 2017 17:26

Bakı şəhərində küçədən meyit tapılıb. Paytaxtın Pirallahı rayonu, 29-cu məhəllə adlanan ərazidə üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti aşkar edilib. Araşdırmalar nəticəsində onun rayon sakini, 1954-cü il təvəllüdlü Tofiq Ramazan oğlu Lətifov olduğu müəyyənləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Şirkət rəhbərliyinə qarşı korrupsiya faktı ilə bağlı cinayət işi başlanıb

4 Avqust 2017 17:12

Kənd təsərrüfatı sahəsində ixtisaslaşmış “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC-nin vəzifəli şəxslərinin fəaliyyətində aşkar edilmiş qanun pozuntuları barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Qazaxıstanda snayperçilərin yarışı keçiriləcək

4 Avqust 2017 17:01

Avqustun 4-də “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçirilən “Snayper həddi” müsabiqəsində snayper cütlüklərinin yarışlarına start veriləcək. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, iki yarış günü ərzində snayperlər müxtəlif məsafələrdə hava hədəflərininin məhv edilməsi və digər bir sıra xüsusi tapşırıqları yerinə yetirəcəklər.

ASAN könüllüləri ilə görüş keçirilib

4 Avqust 2017 17:00

ASAN Master-2 layihəsi çərçivəsində Binəqədi rayon İcra Hakimiyyətində təcrübə keçən 10-cu qrup ASAN könüllüləri ilə Rəsulzadə qəsəbə bələdiyyəsində görüş keçirilib. Rayon İcra Hakimiyyətindən “OLAYLAR”-a bildirilib ki, keçirilən görüşdə Rəsulzadə qəsəbə Bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Bələdiyyə sədrinin müavinləri, “İctimai-humanitar” sektorunun müdiri və ASAN könüllüləri iştirak ediblər. Əvvəlcə ASAN könüllüləri Rəsulzadə qəsəbə bələdiyyəsinin fəaliyyəti ilə tanış oldular və onlara bələdiyyənin iş fəaliyyəti, şöbələri haqqında geniş məlumat verilib. 

Nəsimi rayon məktəbliləri Eko-Parkda

4 Avqust 2017 16:44

Məktəblilərin yay tətili günlərində uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə orta məktəb şagirdləri üçün silsilə tədbirlər təşkil olunub keçirilir.

Bakıda qadın həyat yoldaşı tərəfindən butulka ilə zorlanıb və 500 AZN-ə satılıb – VİDEO

4 Avqust 2017 16:34

Həyatın dəyərini bilmək istəsəniz, bədbəxt bir qadının üzünə baxın. İlahi kitablar olmasaydı, ən müqəddəs sözləri bədbəxt qadınların söyləyəcəyinə inanardım. Bədbəxt qadınlar həyata necə baxarlar, hamımız bilərik əslində.

O 4 yaşlı zorlanan qız mənəm, sənsən, bizik

4 Avqust 2017 16:30

Yəqin özünüz də görürsünüz ki, son vaxtlar dünyada və ölkəmizdə o qədər hadisə baş verir ki, insanları təəccübləndirmək çox çətindir. Oğul anasını, ata uşağını öldürür, ana balasını zəhərləyir... Nə bilim ey, say-say qurtarmaz. Artıq bu kimi hadisələr media üçün, sadəcə, xəbərə çevrilib. Cəmiyyəti isə o hadisələrin dəqiqliyinə inandırmaq çətin deyil, heç buna mənbə də lazım deyil,  xəbərin təsdiqini gözləmirlər belə. Çünki dediyim kimi, bu hadisələr adiləşib, çoxalıb, yaxınlaşıb. Bayaqdan ancaq uzaq bir kənddə, yadın evində baş verənlər bu gün öz evimizdə, qonşumuzun, qohumumuzun evində baş verir.

Dəmir yolu sərnişinləri üçün xüsusi endirim

4 Avqust 2017 16:22

Azərbaycan dəmir yolları sərnişinləri artıq hər bir istiqamətə alacaqları biletdən faydalana bilərlər. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, istər ölkədaxili, istər beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarlarına, istərsə də Bakı-Sumqayıt elektrik qatarına əldə edilən biletlərə Referans Klinik Laboratoriya Mərkəzi və LOR Hospitalın 25% - lik endirim kuponu təqdim edilir.