Sosial
Bu gün ay tutulması olacaq
İtkin düşmüş şəxs xəstəxanada tapıldı –BAKIDA
İyulun 26-da Bakıda itkin düşmüş şəxs xəstəxanada tapılıb. Ailə üzvləri tərəfindən itkin kimi axtarışa verilmiş İqbal Səmədov müraciətdən bir həftə sonra Kliniki Tibbi Mərkəzdə tapılıb. Məlum olub ki, İ.Səmədov yol qəzasında xəsarət alıb və təcili yardım maşını ilə xəstəxanayə gətirilib.
Oksanadan etiraf: "Həyatımda bir kişini sevmişəm"
Rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı, reper Elşad Xosedən danışıb. “Xəzər Maqazin”ə açqılama verən rəqqasə Elşadla hələ ki yenidən bir araya gəlmək fikrində olmadığını deyib. O, Xosenin “Oksana bilir ki, mən film xətrinə də olsa, başqa qadınla öpüşmərəm. O da həmçinin” sözlərinə belə cavab verib: “Həyatımda bir kişini sevmişəm. O,mənim mən də onun xasiyyətini çox gözəl bilirəm. Baxmayaraq, 5 ildir boşanmışıq, bir-birimizdən ayrıyıq. Amma o çox gözəl bilir ki, mən ayrı bir adamla öpüşmərəm. Biz doğma insanlarıq ayrı-ayrı yerlərdə yaşasaq da, doğmayıq. Çünki sevgimiz möhkəm sevgi olub. Mən onu hələlik özümdə təsəvvür eləyə bilmirəm ki, biz yenidən bir yerdə olub, birlikdə yaşayarıq.
Məmur oğlu maşınla 11 yaşlı oğlanı vurdu
Masallıda avtomobil yolu keçmək istəyən 11 yaşlı oğlanı vurub. Qəza Masallıda parklardan birinin qarşısında qeydə alınıb. Masallı sakini 2006-cı il təvəllüdlü Ziya Anar oğlu Gülverdiyev yolu keçmək istəyərkən onu “Mitsubishi” markalı avtomobil vurub. Yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Bakıda bu cərimə meydançası - OD TUTUB YANDI
Bakıda cərimə meydançasında yanğın olub. Hadisə zamanı bir avtomobil yanıb,ikisinə isə zərər dəyib. Cərimə meydançasında yanğın olub, maşınlara ziyan dəyib. Hadisə Xətai rayonu Yusif Səfərov küçəsindəki Baş Dövlət Yol Polis idarəsinə məxsus Siqnal İdarəsinin 6 saylı cərimə meydançasında baş verib. Bir gün əvvəl şəhərdə dayanma və durma qaydasını pozduğuna görə saxlanılaraq cərimə meydançasına gətirilən 10-KP-486 dövlət nömrə nişanlı ”Pikap”da qəfildən yanğın baş verib. Cərimə meydançasının əməkdaşları dərhal alova müdaxilə etmək isətəsələr də yanğının miqyası tez bir zamanda böyüyüb. Hadisə yerinə gələn Dövlət Yanğından Mühafizə bölməsinin canlı qüvvəsi və yanğınsöndürənlər alovun qarşısını alıblar. Buna baxmayaraq avtomobil yanaraq yararsız hala düşüb.
Sumqayıtda yataqxanada partlayış - Ölən və yaralananlar var
Sumqayıtda yataqxanada partlayış olub. Hadisə şəhərin 8-ci mikrorayonundakı yataqxanada baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Partlayış yanğına çevrilib. Partlayışın yataqxananın 3-cü mərtəbəsində baş verdiyi deyilir. Hadisə yerinə şəhərin hüquq mühafizə idarəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, Təcili Tibbi Yardım avtomobilləri cəlb edilib. Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı və 1 nəfər polis serjantı tüstüdən zəhərlənib.
Azərbaycanda zəlzələ
Ötən gecə saat 04:29:13-də Saatlıdan 17 km şimal-qərbdə, Kürdəmir rayonu ərazisində 3,1 maqnitudalı zəlzələ qeydə alınıb. "Olaylar" Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, zəlzələ hiss olunmayıb.
Tovuzda hamilə qadın vəfat edib
Tovuzda hamilə qadın vəfat edib. Ağstafa rayonu, Tatlı kənd sakini, 32 yaşlı Şəlalə Qasımova ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardımın göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, ölümə səbəb 7 aylıq hamilə olan Ş. Qasımovanın bətnində uşağın ölməsi nəticəsində qanaxmanın baş verməsi göstərilir.
Atasına 10 manat verdi, 9 yaşlı qızı ilə intim münasibətdə oldu - BİABIRÇI ADDIM
Şirvan şəhərində azyaşlı qıza təcavüz etməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Qismət Panalizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Şirvan şəhərində Qismət Panalizadə təcavüzə məruz qoyduğu 2006-cı il təvəllüdlü Samirə Sadıqovanın atası Sadıq Sadıqova (zərərçəkmişin və onun atasının adı və soyadı şərti göstərilib – red.) 10 manat borca pul verib. 10 manatlıq borc Amma Sadıq sonradan həmin pulu Qismətə qaytarmayıb. Qismət Panalizadə 10 oktyabr 2015-ci il tarixdə, saat təxminən 16 radələrində Şirvan şəhərində yerləşən avtobus dayanacağının qarşısında təsadüfən tanışı Sadıqla rastlaşıb.
Bakıda növbəti həkim yarıtmazlığı - Uşağın orqanını tanınmaz hala salan həkimi siz də tanıyın
Azərbaycanda həkimlərin “əl işləri”nin sayı getdikcə artır. Növbəti biabırçılıq Sabunçu xəstəxanasında yaşanıb. İlham Qəmbərov adlı şəhər sakininin övladı həyətdə oynayarkən əlini kəsib və kəsik dərin olduğundan onlar evlərinin yaxınlığında yerləşən Sabunçu Şəhər Xəstəxanasına müraciət ediblər. Cərrah uşağın ətindən kəsib və səliqəsiz tikiş qoyub. Üstəlik əməliyyat zamanı heç bir ağrıkəsicidən istifadə etməyib. Uşağı bağırda-bağırda əməliyyat edib.
Azərbaycanlı məşhurlar övladlarının təhsilinə nə qədər pul xərcləyir? - AĞLASIĞMAZ RƏQƏMLƏR
Ulduz valideynlər övladlarını bir qayda olaraq yağ-bal içində böyüdür, ən bahalı oyuncaqları alır, marka geyimlər geyindirir, lüks maşınlarda gəzidirirlər. Yeri gəlmişkən, məşhurlar uşaqlarının təhlisinə də xəsislik etmir. Bu yazıda övladlarının təhsilinə xüsusi diqqət yetirən məşhurların fikirlərini öyrənilib. Onlar bildirib ki, uşaqlarının məktəb seçiminə çox ciddi yanaşır və haqlı olaraq belə hesab edirlər ki, yaxşı təhsil həyatda daha yüksək uğurlar qazanmağa kömək edir.
Bu kənddə 24 ildən sonra ilk dəfə dərs keçiriləcək
Cocuq Mərcanlı kənd orta məktəbi sentyabrın 15-dən 44 şagird və 14 müəllimlə fəaliyyətə başlamağa tam hazırdır. Bunu Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri Validə Həsənova deyib. Şöbə müdirinin bildirdiyinə görə, müəllimlərin 8-i Cocuq Mərcanlıda yeni salınan qəsəbəyə köçən və indiyə qədər heç bir yerdə işləməyən şəxslərdir. “8 nəfərin şəxsi işləri nəzarətə götürülüb. Onlar Təhsil Nazirliyində işə qəbul imtahanından keçiblər. Minimum balı keçənlər işə qəbul olunacaq. Minumum bal toplamayanlar isə müddətli müqavilələrlə işə götürüləcək. 4 müəllim – tarix, fizika, ingilis dili müəllimi və psixoloq bizim öz müəllimlərimizdir. Cocuq Mərcanlıya köçdükləri üçün Təhsil Nazirliyi tərəfindən onların yerdəyişməsi aparılıb. Kənddə kimya müəllimi yoxdur. Füzülinin Qazaxlar kəndindən bir müəllim gəlib, saat hesabı dərs deyəcək.
İnsan ətindən “Moskovski“ “Servelat” kolbasası- Paytaxt yaxınlığında rəzalət
Ekspertlər: “Kolbasaların tərkibinə adam əti də daxil olmaqla hər cür murdar şey qatılır...” Yəqin ki, söhbət küçələrdə, tində-bucaqda ölüb-qalan kimsəsiz “bomj”ların, “alkaş”ların ətindən gedir.... Paytaxt yaxınlığındakı ət kombinatlarından birində istehsal edilən kolbasaların tərkibində insan ətinin də olduğu aşkarlandı. Söhbət Rusiya paytaxtı yaxınlığında, “Mortadel” ət kombinatından gedir.
Ali məktəblərə V qrup üzrə ixtisas seçimi başladı
2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər üçün bu gündən ixtisas seçimi başlayıb. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, abituriyentlər yalnız avqustun 5-dən etibarən elektron ixtisas seçimi ərizələrinə xüsusi qabiliyyət tələb edən ixtisasların kodlarını daxil edib təsdiq edə bilərlər. Ali məktəblərə V qrup üzrə ixtisas seçimi avqustun 10-dək aparılacaq.














