Sosial
Şəhid olmaq istədi
Qəhrəman əsgərlərimiz hər zaman gənclər üçün örnək olub. Gənclərimiz qəhrəman əsgərlərin getdiyi yolu təkrar etmək və bəlkə də daha böyük hünər göstərmək arzisi ilə yaşayıblar. Xüsusən, "Aprel şəhidləri" gənclər üçün əsil qəhrəmanlıq məktəbinə çevrildi. Mahir Mirzəyev 1994-cü il fevral ayının 17-də Bakıda doğulmuşdu.
Sabunçu bazarında yanğın baş verib
Bakıda yanğın hadisəsi qeydə alınıb. “Olaylar”ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda “Sabunçu bazarı”nın ərazisində vətəndaşa məxsus ümumi sahəsi 65 m2 olan mağazanın yanar konstruksiyaları, vətəndaşa məxsus ümumi sahəsi 12 m2 olan gözəllik salonu və bitişik mağazaların dam örtükləri 60 m2 sahədə yanıb.Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb. Bitişik digər mağazalar yanğından mühafizə olunub. Yanğın saat 23:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
DİN və Baş Prokurorluq Nail Allahverdiyev haqda məlumat yaydı
Avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Mersedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Son tədqiqatlar zamanı 300-dən çox qəbir qeydə alınıb
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Mil-Qarabağ ekspedisiyası tərəfindən 2017-ci ilin yayında Xocavənd rayonu ərazisində arxeoloji tədqiqatlar davam etdirilib. AMEA – dan “Olaylar” – a bildirilib ki, arxeoloji qrupun rəhbəri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev Nərgiztəpədə və ətraf ərazilərdə aparılan aqxeoloji tədqiqat işləri barədə məlumat verib. Bildirib ki, Qarabağın Mil düzü ilə kəsişən dağətəyi ərazisində yerləşən Nərgiztəpədə ilk tədqiqatlar 2013-cü ildə başlanıb. 2014-2015-ci illərdə Prezident yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə burada araşdırmalar daha intensiv xarakter alıb.
DİQQƏTLİ OLUN! Uşaqlarınızı WhatsApp-da bu mesajlardan qoruyun
Uşaqlar tərəfindən də geniş istifadə edilən WhatsApp kimi mesajlaşma proqramları təhlükəli paylaşımların da mənbəyinə çevrilməkdədir. Yaradılan söhbət qruplarında şiddət və porno məzmunlu görüntülərin yayılması səbəbindən mütəxəssislər sözügedən istismarın uşaqlarda yaratdığı zədəyə diqqət çəkir.
Ukraynanın kurortunda azərbaycanlılar arasında kütləvi zəhərlənmə
Ukraynanın Truskavets kurort şəhərinində azərbaycanlılar arasında kütləvi zəhərlənmə olub. Artıq bir neçə gündür ki, dincələnlərin əksəriyyətinin azərbaycanlılar təşkil etdiyi "Lesnaya pesnya" (Lisova Pisnya) sanatoriyasında 15-ə yaxın azərbaycanlı zəhərlənib.
Qurana qarşı ədəb-ərkan qaydalarından uzağıq
"Qurana qarşı bəzi ədəb-ərkan qaydaları var ki, nədənsə onlardan uzağıq" . “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə ilahiyyatçı Hacı Ceyhun Şükürov çıxış edib. O, bildirib ki, Qurani Kərim Allahın kitabıdır.
Malay-Yevlax mənzilində 8 km dəmir yolu əsaslı təmir olunur
Azərbaycan dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi həyata keçirilir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.“OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, bu gün isə Malay-Yevlax mənzilində 8 km uzunluğunda yolun əsaslı təmirinə start verilib. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi Şamil Cəfərovun sözlərinə görə, təmir işləri bir həftə davam edəcək.
İsti hava 36 nəfəri xəstəxanalıq etdi - Azərbaycanda
İyunun 1-də bu günə kimi günvurma ilə bağlı təcili yardıma 83 nəfər müraciət edib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib. Məlumata görə, günvurma ilə bağlı müraciət edənlərin 36-sı xəstəxanalara yerləşdirilib.
31 nəfəri ilan sancdı
Yay mövsümü başlanandan Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ilan sancması ilə əlaqədar cəmi 31 müraciət olub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunlardan da 3 nəfəri uşaq və 30 halda hospitalizasiya icra edilib. Bu ilin 6 ayı ərzində uşaqlar üçün edilən çağırışların sayı 36500-dən, onlardan xəstəxanalara yerləşdirilənlərin sayı isə 6300-dən artıq olub.
Bakıda qarpızdan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
Bakıda qarpızdan kütləvi zəhərlənmə olub. Hadisə Zirə qəsəbəsində baş verib. 1987-ci il təvəllüdlü Səbinə Bahadurova, 1994-cü il təvəllüdlü Tünzalə İmamzadə, 1990-cı il təvəllüdlü Nicat Nəsirov və 1986-cı il təvəllüdlü Araz Camalov qarpız zəhərlənməsi ilə xəstəxanaya daxil olublar.
12 Avqust - “Beynəlxalq Gənclər günü” münasibətilə iməcilik keçirilib
12 Avqust - “Beynəlxalq Gənclər günü” münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə start verilmiş “Gənclik həftəsi” layihəsi çərçivəsində akademik Zərifə Əliyeva adına istirahət parkı, “Zeytunluq” adlanan ərazi və Mir Cəlal küçəsi 3, 5,7, 9, 11, 15 ünvanlarında iməcilik aksiyası keçirilib.
"Tarqovı"da özünü ərəblərə satan qadın həbs olundu - VİDEO
Ərəb turistlərin Azərbaycana kütləvi şəkildə axını bəzi işbazların da bazarını canlandırıb. Xüsusi orqanlar gecələr şəhərin mərkəzi küçələrində özünü satışa çıxardan qadınlara qarşı güclü mübarizə aparır.














