12 Avqust - “Beynəlxalq Gənclər günü” münasibətilə iməcilik keçirilib
12 Avqust - “Beynəlxalq Gənclər günü” münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə start verilmiş “Gənclik həftəsi” layihəsi çərçivəsində akademik Zərifə Əliyeva adına istirahət parkı, “Zeytunluq” adlanan ərazi və Mir Cəlal küçəsi 3, 5,7, 9, 11, 15 ünvanlarında iməcilik aksiyası keçirilib.
7 Avqust 2017 11:43 Sosial12 Avqust - "Beynəlxalq Gənclər günü" münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə start verilmiş "Gənclik həftəsi" layihəsi çərçivəsində akademik Zərifə Əliyeva adına istirahət parkı, "Zeytunluq" adlanan ərazi və Mir Cəlal küçəsi 3, 5,7, 9, 11, 15 ünvanlarında iməcilik aksiyası keçirilib. Rayon İcra Hakimiyyətindən "OLAYLAR"-a bildirilib ki, aksiya zamanı Binəqədi gəncləri M.Cəlal küçəsi 3, 5, 7, 9, 11, 15 saylı binaların həyətlərində, məhəllədaxili parklarda və o cümlədən 6 mikrorayon Zeytunluq ərazisində təmizlik işləri aparıblar. Aksiya çərçivəsində ətraf mühit insan sağlamlığı üçün zərərli olan müxtəlif məişət və polietilen tullantılarından təmizləndi, abadlıq işləri görülüb. Binaların həyətindəki uşaq qurğuları, oturacaqlar, söhbətgahlar təmizlənərək rənglənib. Eyni zamanda "Çoxmənzilli binaların təmiri" tədbirlər planına əsasən təmir edilmiş M.Cəlal küçəsində yerləşən binaların bloklarının girişlərində də təmizlik işləri həyata keçirilib.