Sosial

DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar artıb

7 Avqust 2017 13:46

Bu ilin iyul ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 256 milyon 610,4 min manat təşkil edib. Komitənin mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, 2016-cı ilin müvafiq ayı ilə müqayisədə daxilolmalar 68 milyon 819,76 min manat və ya 37,38 faiz artıb.

Şamaxıda PARTLAYIŞ

7 Avqust 2017 13:41

Şamaxı rayonunda evdə partlayış olub. Hadisə rayonun Şəhriyar qəsəbəsində baş verib. Qəsəbə sakini, 1970-ci il təvəllüdlü Abasxani Xədicə Əli qızı yaşadığı evin hamam otağında kustar üsulla hazırlanmış su qızdırıcısını işə salmaq istəyərkən ehtiyatsızlığa yol verib.

Kamran Həsənlinin ölkədən çıxışına qadağa qoyuldu

7 Avqust 2017 13:32

Müğənni Samir Piriyevlə teleaparıcı Kamran Həsənli arasında səngiyən soyuq müharibə yenidən alovlanıb. Məsələ ilə bağlı açıqlama verən Samir Piriyevin vəkiliCeyhun Yusifov yaxın günlərdə mətbuat konfransı keçirəcəklərini bildirib: "Kamran Həsənli elə bilməsin ki, bu iş unudulub. Xeyr, yaxın vaxtlarda mətbuat konfransı keçirib, baş verənləri ictimaiyyətə çatdıracağıq. Kamran Həsənlinin himayədarları bu məsələni nə qədər ört-basdır etməyə çalışsalar da, xeyri olmayacaq. Necə ola bilər ki, beş min manat faizə görə kimsə cəzalandırılır, amma yüz min manat ortada batır? Hələ də pul geri qaytarılmayıb. Əsas odur ki, Kamranla bacısı Gülər xanımın ölkədən çıxışına məhdudiyyət qoyulub. Onlar heç yerə gedə bilməzlər".

Huşsuz vəziyyətdə qalmış şəxs xilas edilib

7 Avqust 2017 13:31

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Notarius olmaq istəyənlərin nəzərinə

7 Avqust 2017 13:29

Ölkədə notariat fəaliyyətinin daha səmərəli təşkil olunması, əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu sahədə işlər davam etdirilməkdədir.

Saatlıda sahibkarlara güzəştli kredit verilib

7 Avqust 2017 13:26

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Sahibkarlığa Kömək Milli Fondu bu sahədə növbəti işgüzar forumunu avqustun 4-də Saatlı rayonunun Qıraqlı kəndində keçirib.

“Neft Daşları”nda yeni quyu qazılır

7 Avqust 2017 13:24

“Neft Daşları” yatağında 1637A nömrəli estakadayanı meydançadan 2648 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1770 metrdir.

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

7 Avqust 2017 13:23

Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. DSX-dan “Olaylar”a verilən məlumata görə, dövlət himninin səslənməsi ilə başlayan mərasimdə gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki çatdırılıb.

Yol polisindən HAVA XƏBƏRDARLIĞI

7 Avqust 2017 13:13

Yol polisi ölkədə keçirilən “Təmiz hava” aylığı ilə bağlı sürücülərə xəbərdarlıq edir. Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev  bildirib ki, ölkədə “Təmiz hava” aylığı keçirilir: "Sürücülər avtomobillərinin yanacaq sistemini tənzimləməli, avtomobillərini texniki təmir mərkəzlərində baxışdan keçirməlidirlər.

Bu gün Ay tutulması baş verəcək

7 Avqust 2017 13:00

Bu gün Yer sakinləri növbəti Ay tutulmasının şahidi olacaqlar.  Budəfəki ay tutulmasının digərlərindən fərqi Ayın qırmızı rəng almasıdır. Bu hadisə “qanlı Ay” kimi tanınır.  Beləki, həmin gün 2 saat ərzində Ay Yer kürəsinin şimalından keçərək planetimizə bir qədər də yaxınlaşacaq. Nəticədə Ay öz dörddə bir hisəsini planetimizin kölgəsində buraxacaq. Bu zaman Günəş şüaları Yerin atmosferini keçərək göy və bənövşəyi rəngləri aradan götürüb, Ayı qırmızı rəngə boyayacaq.

Ağsuda QORXUNC OLAY: canavar həyətində parça-parça etdi

7 Avqust 2017 12:54

Ağsu rayonunda yaşlı kişi vəhşi heyvanın hücumuna məruz qalaraq ağır bədən xəsarətləri alıb. Hadisə ötən gecə rayonun Padar kəndində qeydə alınıb. Kənd sakini, 1948-ci il təvəllüdlü Qurbanov Həsrət Feyzulla oğlu yaşadığı evin həyətinə soxulan canavarın hücumuna məruz qalıb.

Ali məktəblərə qəbul olmaq üçün 32 mindən çox abituriyent ixtisas seçimi edib

7 Avqust 2017 12:53

2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I –IV) üzrə ixtisas seçimi davam edir. Dövlət İmtahan Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki,  iyulun 29-dan başlayan ixtisas seçimi avqustun 10-da başa çatacaq. Bu gün saat 12:00-dək bakalavriat səviyyəsi üzrə ali məktəblərə 32721 abituriyent elektron ixtisas seçimi edib. Onlardan 29750-si Azərbaycan, 2971-i isə Rus bölməsinin məzunlarıdır.   

Vəkil: "Nail Allahverdiyevin işinə özünün iştirakı ilə Xətai Rayon Məhkəməsində baxılıb"

7 Avqust 2017 12:51

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev barəsində həbs qətimkan tədbiri Xətai rayon Məhkəməsində seçilib. Bu barədə təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov məlumat verib. Vəkilin sözlərinə görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən N. Allahverdiyev özü də iştirak edib. S. Bayramov həmçinin müvəkkilinin baş vermiş hadisədən peşmançılıq hissi keçirdiyini, apellyasiya şikayətinin verilməsi ilə bağlı isə hələlik qərar vermədiklərini qeyd edib.

Aparıcı üsyan etdi: "6 nəfəri bir gündə dəfn etdim..."

7 Avqust 2017 12:39

Hadisə hamının başına gələ bilər, hamı qəza törədə bilər. Amma bunu içkili, avara, gözü ayağının altını görməyən edirsə, bir gülləsi əskikdir. Bir gündə 51 yaşında ananı, 23 yaşında nişanlı qardaşı, 29 yaşında 6 və 7 yaşlı iki gül balasıyla birgə bacını və 5 yaşlı başqa bacımın uşağını itirdim. Məzarlığa yox, bir evə gedirəm hər dəfə. 6 nəfəri bir gündə dəfn etdim, özüm də 7 aylıq hamiləydim, artıq gücüm yoxdur...