Notarius olmaq istəyənlərin nəzərinə

Ölkədə notariat fəaliyyətinin daha səmərəli təşkil olunması, əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu sahədə işlər davam etdirilməkdədir.

Sənəd qəbuluna start verilib

Ölkədə notariat fəaliyyətinin daha səmərəli təşkil olunması, əhaliyə göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə bu sahədə işlər davam etdirilməkdədir. Ədliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, hazırda Cəlilabad, Xızı, İmişli, Masallı, Quba, Samux, Saatlı, Şəmkir və Yardımlı rayonlarında vakant olan notarius vəzifələrində fəaliyyət göstərmək məqsədilə şəhadətnamə almaq istəyən "Notariat haqqında" Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları üçün sənədlərin qəbulu elan olunur. Test imtahanında iştirak etmək arzusunda olan şəxslər sənədlərini 2017-ci ilin avqust ayının 1-dən etibarən Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinə (Bakı şəhəri, Azadlıq prospekti, 72) bütün iş günləri təqdim edə bilərlər.

Xatırladırıq ki, "Notariat haqqında" Qanunun və "Notariat fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə şəhadətnamə almaq üçün imtahanın və müsahibələrin keçirilməsi Qaydası"nın tələblərinə uyğun olaraq test imtahanından uğur qazanmış namizədlər növbəti mərhələ olan müsahibəyə buraxılırlar. Мüsahibəni müvəffəqiyyətlə başa vuranlar isə Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunurlar, bu zaman onlar həmçinin, notariat fəaliyyəti üzrə təcrübə də keçirlər. İcbari təlimin yekununda aparılan qiymətləndirmənin nəticəsi üzrə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə verilir.Tələb olunan sənədlərin siyahısı, imtahan, müsahibə və icbari təlimin keçirilməsi qaydaları ilə nazirliyin internet saytında tanış olmaq, habelə 404-42-28, 404-42-29 nömrəli əlaqə telefonları vasitəsilə məlumat almaq mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31