Məmur oğlu maşınla 11 yaşlı oğlanı vurdu

Masallıda avtomobil yolu keçmək istəyən 11 yaşlı oğlanı vurub. Qəza Masallıda parklardan birinin qarşısında qeydə alınıb. Masallı sakini 2006-cı il təvəllüdlü Ziya Anar oğlu Gülverdiyev yolu keçmək istəyərkən onu “Mitsubishi” markalı avtomobil vurub. Yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Masallıda avtomobil yolu keçmək istəyən 11 yaşlı oğlanı vurub. Qəza Masallıda parklardan birinin qarşısında qeydə alınıb. Masallı sakini 2006-cı il təvəllüdlü Ziya Anar oğlu Gülverdiyev yolu keçmək istəyərkən onu "Mitsubishi" markalı avtomobil vurub. Yaralı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Fakt araşdırılır.

Masallı Rayon Yol Polisi Şöbəsinin rəisi İkram Məmmədov hadisəni törədən sürücünün Masallı Dövlət Arxiv İdarəsinin rəisi Daşqın Nəzərovun oğlu olduğunu bildirib. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31