Bakıda növbəti həkim yarıtmazlığı -  Uşağın orqanını tanınmaz hala salan həkimi siz də tanıyın

Azərbaycanda həkimlərin “əl işləri”nin sayı getdikcə artır. Növbəti biabırçılıq Sabunçu xəstəxanasında yaşanıb. İlham Qəmbərov adlı şəhər sakininin övladı həyətdə oynayarkən əlini kəsib və kəsik dərin olduğundan onlar evlərinin yaxınlığında yerləşən Sabunçu Şəhər Xəstəxanasına müraciət ediblər. Cərrah uşağın ətindən kəsib və səliqəsiz tikiş qoyub. Üstəlik əməliyyat zamanı heç bir ağrıkəsicidən istifadə etməyib. Uşağı bağırda-bağırda əməliyyat edib.

Azərbaycanda həkimlərin "əl işləri"nin sayı getdikcə artır. Növbəti biabırçılıq Sabunçu xəstəxanasında yaşanıb.

İlham Qəmbərov adlı şəhər sakininin övladı həyətdə oynayarkən əlini kəsib və kəsik dərin olduğundan onlar evlərinin yaxınlığında yerləşən Sabunçu Şəhər Xəstəxanasına müraciət ediblər. Cərrah uşağın ətindən kəsib və səliqəsiz tikiş qoyub. Üstəlik əməliyyat zamanı heç bir ağrıkəsicidən istifadə etməyib. Uşağı bağırda-bağırda əməliyyat edib.

Daha sonra valideyndən hörmət tələb edib və edilən hörməti xırda pul adlandırıb.

Hadisə avqustun 2-də baş verib və uşağın barmağının son vəziyyəti acınacaqlıdır. A24.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31