Sosial

Açıqlandı: Qatıq hamilə qadınlara çox faydalıdlr

3 Avqust 2017 19:30

Qatıq hamilə qadınlara daha çox faydalıdlr. Mütəxəssislərin fikrincə bu məhsul hamiləlik müddətində bolca istifadə edilməlidir. Ümumiyyətlə qatıq qida məzmunu baxımından əhəmiyyətli zülal qaynaqlarından biridir. Həmçinin qatıqda ana bətnində inkişaf etməkdə olan dölün, sümük və diş köklərinin meydana gəlməsi, böyüməsi üçün lazım olan kalsium var. Xüsusilə hamiləliyin üçüncü ayında bədənin kalsiuma olan ehtiyacı artdığından lazımi kalsium almamış analar, sonrakı illərdə osteoporoz problemi ilə qarşılaşa bilərlər. Kalsium bədənin əzələ, ürək və sinir sistemi funksiyalarının yerinə yetirilməsində, qan laxtalanmasında və bəzi enzimatik fəaliyyətlərdə əhəmiyyətlidir.

Velosipeddə gündəlik gəzintilər infarkt risqini 50 faiz azaldır

3 Avqust 2017 19:25

Siz ofisdə işləyirsiniz? Hərəkətsiz həyat tərzi keçirməyə məcbursunuz? Hipodinamiya sizi çox gözlətməyəcək, o, insanı infarkta gətirib çıxarmağa qadirdir! Xoşbəxtlikdən, Britaniya alimləri ofis işçilərinin bu bəladan yaxa qurtarmasına kömək göstərməyin asan yolunu tapıblar. Onlar sadəcə avtomobillərdən velosipedlərə keçməyi təklif edilər.

Enerjini gücləndirməyə təsirli qidalar

3 Avqust 2017 19:20

Bir çoxları hesab edir ki, payız mövsümündə işgüzarlığa vaxt ayırmayan insanlar xroniki yorğunluqdan daha çox əziyyət çəkir. Bu da səbəbsiz deyil. Mövsümi dəyişikliklər və ya istirahətdən qayıdıb yenidən iş rejiminə alışmaq, stress və sair səbəblər insanı özünü yorğun hiss etməsinə səbəb olur.

Ulduz axını olacaq

3 Avqust 2017 19:09

Avqustun 12-dən 13-nə keçən gecə növbəti ulduz axını baş verəcək. "Perseida" adlandırılan bu meteorit axını maksimal fəallığı ilə seçiləcək.

Qulaqcıq taxanlar üçün BÖYÜK TƏHLÜKƏ: "... şizofreniyanın başlanğıcıdır"

3 Avqust 2017 19:00

Son dövrlər insanlar qulaqcıqdan istifadənin baxımlısına çevriliblər desək, yəqin ki yanılmarıq. Hər gün küçədə, avtobusda, metroda, iş yerində qulaqlarına bu vasitəni taxmış, yüksək səslə musiqi dinləyən şəxslərlə qarşılaşırıq. Ən acınacaqlısı isə bu halın uşaqlar və yeniyetmələr arasında da geniş vüsət almasıdır. Qulaqcıqdan istifadə edən həmin şəxslər ətraf aləmdən təcrid olunmuş kimi görünür, gözlərindəki ifadə isə tamamilə donuq və qeyri-müəyyəndir. Bir anlıq adama elə gəlir ki, səninlə onlar arasında sanki bir uçurum var, ya da sən başqa aləmdə yaşayırsan, onlarınsa öz dünyası var. Üstəlik musiqiyə o qədər yüksək səs verirlər ki, ətrafdakılar da eşidir. Və adamım ağlına dərhal bir sual gəlir - "Bunun qulağı batmır belə yüksək səsdən?".

Elektron İmza istəyənlərin NƏZƏRİNƏ: bu ünvanlara müraciət edin

3 Avqust 2017 18:45

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlığı genişləndirir. Azərbaycan Respublikası Prezidentinin 24.05.2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Güzəştli mənzil" sistemi haqqında Əsasnaməyə uyğun olaraq mənzillərin əldə edilməsi üçün "Elektron hökumət" portalında yerləşən "Güzəştli mənzil" sistemi vasitəsilə qeydiyyatdan keçmək, həmçinin güzəştlə mənzil əldə etmək hüququ təsdiq olunduqdan sonra şəxsi elektron kabinetə daxil olmaq və həmin sistem vasitəsi ilə mənzil seçmək gücləndirilmiş "Elektron imza" ilə mümkündür.

Xəzərdə daha bir nəfər boğulub

3 Avqust 2017 18:29

Neftçalada bir nəfər dənizdə batıb. Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Neftçala rayonunda 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub.

Ermənistan və Gürcüstan Kürü zəhərləyir

3 Avqust 2017 18:27

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayında növbəti monitorinq həyata keçirib.

Paytaxtın 3 rayonunda qaz olmayacaq

3 Avqust 2017 18:26

Sabah saat 10:00-dan işlər başa çatanadək “Qaz İxrac” İdarəsinin balansında olan diametri 700/500 mm-lik “Qaradağ-Digah-Hövsan” magistral qaz kəmərinin 27-ci km-də yeni çəkilmiş kəmərin mövcud şəbəkəyə birləşdirilməsi və cari təmir işləri ilə əlaqədar “Sulutəpə”, “Alatava” və “Təzə Qanlı Göl” Qazpaylayıcı stansiyalarından qaz təchizatı dayandırılacaq. 

Dövlət komitəsibdən qız atalarına ÇAĞIRIŞ: bir anlıq şəhvət hissinə QURBAN GEDƏN KÖRPƏLƏR

3 Avqust 2017 18:24

Bir il ərzində Azərbaycanda rəsmi qeydə alınmamış nikahdan 26 288 uşaq doğulub, onların 16696-ı kənd, 9592-i şəhərlərin payına düşür. 2015-ci ildə Azərbaycanda rəsmi qeydiyyata alınmamış nikahda olan qadınlar tərəfindən 24038 uşaq dünyaya gətirilib. Onların 9411-i şəhər, 14627-i kənd yerlərində doğulub.

Gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların tədris planları təsdiqlənib

3 Avqust 2017 18:06

Təhsil naziri Mikayıl Cabbarovgündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2017-2018-ci dərs ilinə aid tədris planlarının təsdiq edilməsi haqqında əmr imzalayıb. Təhsil Nazirliyindən verilən xəbərə görə, əmrin imzalanmasında məqsəd gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qruplarda təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək olub. Əmrə əsasən tədrisin Azərbaycan və rus dillərində aparıldığı gündüz ümumtəhsil məktəbləri nəzdindəki qiyabi qrupların 2017-2018-ci dərs ilinə aid tədris planları və tədris planlarına dair “Qeydlər” (1-5 nömrəli əlavələr) təsdiq edilib. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.

Goranboyda 56 yaşlı kişini cərəyan vuraraq öldürüb

3 Avqust 2017 18:03

Goranboy rayon sakinini elektrik cərəyanı vurub. Hadisə rayonun Nizami kəndində qeydə alınıb. Kən sakini, 1961-ci il təvəllüdlü Cəfərov Rasim Mobil oğlunu evində iş görən zaman elektrik cərəyanı vurub.    Yaxınları onu Gəncəyə xəstəxanaya çatdırmaq istəsələr də, R. Cəfərov yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Nazirlik sahibkarı cərimələdi

3 Avqust 2017 17:49

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” və “Heyvanat aləminin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində növbəti reyd keçirilib.

Energetik içkilərin bilmədiyimiz zərərləri - İnsanı öldürə bilər - VİDEO

3 Avqust 2017 17:49

İsti yay günlərində sərinləmək üçün daha çox energetik içkilərdən istifadə edirik. Lakin susuzluğu yatıran bu içkiyə 5-10 dəqiqə sonra orqanizmdə yenidən tələbat yaranır. Bu içkidən çox istifadə isə insanın ölümünə belə gətirib çıxara bilər.

ANAMA: Son bir ayda 517 ədəd partlamamış hərbi sursat aşkarlanıb

3 Avqust 2017 17:25

2017-cı ilin iyul ayı ərzində respublika ərazisində 517 ədəd Partlamamış Hərbi Sursat (PHS), 1 ədəd tank əleyhinə və 1 ədəd piyada əleyhinə mina (cəmi 519 ədəd) aşkar edilərək zərərsizləşdirilib.