Sosial
Lapşinin ərizəsi Ədliyyə Nazirliyinə təqdim edildi
Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinin ərizəsi Ədliyyə Nazirliyinə təqdim edilib. Bu barədə vəkil Eduard Çernin məlumat verib. Vəkil bildirib ki, Lapşin ərizəsində İsrailə təhvil verilməsini xahiş edib. E.Çernin deyib ki, Lapşin barəsində olan məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra onun təhvil verilməsi baş tuta bilər.
Müğənni 740 manat cərimələndi - 2 dəqiqəyə 300 manatlıq radar
Müğənni Səbinə Əsgərova 740 manat cərimələnib. O, bu barədə Feysbuk hesabında məlumat verib. Əsgərova bildirib ki, 1 ay ərzində yol hərəkəti qaydalarını pozduğu üçün ona 740 manat cərimə gəlib. O, həmçinin qeyd edib ki, 2 dəqiqə ərzində 2 dəfə 150 manatlıq radara düşüb.
Qəbul imtahanlarının nəticələrində müsbət dinamika var
Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliyinə təqdim etdiyi ilkin məlumata əsasən, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri məlum olub. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbəə görə, 2017-2018-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 70.797 nəfər iştirak edib. İmtahanlarda iştirak edən abituriyentlərin qruplar üzrə sayı I ixtisas qrupu üzrə 28.007,II ixtisas qrupu üzrə 19.858, III ixtisas qrupu üzrə 18.099, IV ixtisas qrupu üzrə 4.833 nəfər olub.
Əlverişsiz hava şəraiti dəniz hədəfinə atışları ertələdi
“Dəniz kuboku - 2017” müsabiqəsində iştirak edən gəmilərin dəniz hədəfinə artilleriya atışları ehtiyat gününə keçirilib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə gör, bu barədə qərar müsabiqənin beynəlxalq hakimlər briqadası tərəfindən qəbul edilib. Avqustun 2-si Xəzər dənizində təyin edilmiş rayona gələn hakimlər briqadası və gəmi heyətləri əlverişsiz hidrometeoroloji səbəblərdən müsabiqənin keçirilməsi üçün hazırlanmış reyd avadanlıqlarının zədələndiyini aşkar ediblər. Bununla əlaqədar döyüş çalışmalarının yerinə yetirilməsi əvəzinə naviqasiya məşqlərinin keçirilməsi barədə kollegial qərar qəbul edilib.
Erməni lobbisi Azərbaycan informasiya məkanına necə sızır?
Son vaxtlar sosial şəbəkələrdə, o cümlədən “Turan TV”-nin efirində rusca etdiyi çıxışlarda özünü ABŞ-da yaşayan jurnalist və siyasi mühacir kimi təqdim etməklə hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirən Beydulla Manafovla bağlı sensasion faktlar üzə çıxıb.
Səhiyyə Nazirliyi: Bir ayda 61 nəfəri gün vurub
İyulun 1-dən avqustun 1-dək ölkə üzrə 61 nəfər günvurma ilə əlaqədar təcili tibbi yardıma müraciət edib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib. Nazirlik rəsmisi bildirib ki, müraciət edənlərdən 20 nəfəri xəstəxanaya yerləşdirilib. “Ölüm faktı yoxdur. Xəstəxanaya aparılanlar isə həmin gün müayinə olunaraq evə buraxılıblar”.
Bakıda ögey oğul atanın 2 milyonluq mülkünü satıb - Film kimi olay
Bir müddət öncə mühafizəçilərlə birlikdə marketdə qarşıdurma yaradan, market əməkdaşlarını zor gücünə çıxartmaq tapşırığı verməkdə ittiham edilən və bununla əlaqədar həbs edilən iş adamı Azadxan Xanməmmədovun əməllərindən daha bir şəxs şikayətçidir.
“Elə bil, bizi kimsə yatızdırdı...” – Mələyin öldürüldüyü evdən REPORTAJ
Xəbər verdiyimiz kimi, Lənkəranda 5 günlük körpə - Nuriyeva Mələk Şaiq qızı öldürülərək, quyuya atılıb. Darquba kəndində hadisə baş verən gecə, yəni iyulun 29-da evdə öldürülən körpənin atası Nuriyev Şaiq Muxtar oğlu, həyat yoldaşı Nuriyeva Valiyə İsfəndiyar qızı, körpənin nənəsi Nuriyeva Atifə və digər yaxın qohumları olublar.
Azyaşlıları zorlayan pedofillər axtalansın..? - Cəmiyyətin təklifi, hüquqşünasın rəyi...
Son 10 gündə Azərbaycan cəmiyyəti azyaşlıların zorlanması, pedofil-manyakların yaxalanması xəbəri ilə silkələnir. Öncə Xırdalan şəhərində azyaşlı uşaqlara qarşı cinsi zorakılıqlar edən şəxs tutuldu. Ardınca xalq şairi Söhrab Tahirin oğlu, Dövlət Gömrük Komitəsinin kapitanı Tahir Tahirli Xətai rayonunda baş verən bir vəhşiliyi ictimailəşdirdi.
Gürcüstana buraxılmayan alim: "Anlaşılmazlıq aradan qalxacaq"
Tanınmış tarixçi alim, Bakı Dövlət Universitetinin müəllimi, əslən Boçalıdan olan Kərəm Məmmədov bu günlərdə doğma yurduna buraxılmayıb. Onu Gürcüstan sərhədçiləri geriyə qaytarıblar. Məsələ ilə bağlı lent.az-a açıqlama verən tarixçi bildirib ki, iyulun 29-da ailə üzvləri ilə birlikdə Gürcüstana gedərkən gürcü sərhədçilər tərəfindən saxlanılıb və ailə üzvləri qonşu ölkəyə buraxılsa da, K.Məmmədova icazə verilməyib: "Mən Gürcüstan doğulub, 17 yaşıma qədər orada yaşamışam, təhsil almışam. Hər yay doğulduğum yerlərə gedirdim.
Keçən ay 9673 metr qazma işi həyata keçirilib
2017-ci ilin iyul ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 9673 metr qazma işi həyata keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 9071 metri istismara, 602 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-iyul aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 83462 metr qazma işi görülüb ki, bunun da 77078 metri istismara, 6384 metri isə kəşfiyyata aid olub.
Binəqədi rayonunda növbəti məlumat saatı keçirilib
Avqustun 3-də Binəqədi Rayon İcra Hakimiyyətində “Strateji Yol Xəritəsi: Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin təmin edilməsi. Davamlı iqtisadi inkişafa keçid” mövzusunda “Məlumat saatı” keçirilib.
73 473 manat gecikdirilmiş sosial ödəniş işçilərə ödənilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaş müraciətləri diqqətlə araşdırılır, işçi hüquqlarının pozulması, o cümlədən əmək haqları və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi halları aşkar olunduqda belə halların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
Uşaq paralimpiyaçıları beynəlxalq turnirdə
Azercell Telekom MMC-nin dəstəyi ilə yaradılan Uşaq Paralimpiya Komitəsi fəaliyyətini uğurla davam etdirir, belə ki komitədə idman növlərinin sayı artırılaraq 6-ya çatdırılıb. İndi uşaqlar burda boccia, üzgüçülük, stolüstü tennis, cüdo, qolbol və əlil arabasında idman rəqsi ilə məşğul olurlar. Mərdəkan və Gənclik bərpa mərkəzlərində 32 uşaq boccia, Sumqayıt Paralimpiya kompleksində 40 nəfər üzgüçülük, Qaradağ tennis məktəbində 6 nəfər stolüstü tennis, Sumqayıt Paralimpiya Kompleksində 32 nəfər cüdo, Korlar Cəmiyyətinin binasında 20 nəfər qolbol, AF Mall ticarət mərkəzinin rəqs zalında isə 1 nəfər əlil arabasında idman rəqsi ilə məşğul olur. Bundan əlavə, Azercell-in dəstəyi ilə iyun ayında Naftalan Qaşaltı otelində təlim-məşq toplantısı keçirilib və bir qrup paralimpiyaçı uşaq müalicə-müayinə olunub.
Polisdən sosial şəbəkələrdə canlı yayım edənlərə XƏBƏRDARLIQ
Dövlət Yol Polisi (DYP) avtomobildə sükan arxasında canlı yayıma qoşulan "Instagram" və "Facebook" sosial şəbəkəsinin azərbaycanlı istifadəçilərinə xəbərdarlıq edib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, belə hərəkətlər inzibati xəta tərkibi yaradır və təhlükəlidir. "Ərazidə polisin olub-olmamasından asılı olmayaraq belə hərəkətlərə yol vermək təhlükəlidir. Sürücüləri bu cür hallara yol verməməyə çağırıram. Rusiyada tanınmış aparıcı xanımın canlı danışmaq cəhdi qəza ilə nəticələndi və o, həlak oldu.














