Sosial

“İvanovka” şorunun saxlama müddəti saxtalaşdırılır

9 Avqust 2017 16:00

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Binəqədi-Fatmayı yolu, ev 1-ci km ünvanında fəaliyyət göstərən fiziki şəxs İbrahim Selman tərəfindən istehsal olunan "Bizimsüd" adlı şorun və Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi, ev 4 ünvanında fiziki şəxs Aytən Həsənova tərəfindən istehsal olunan "İvanovka" adlı şorun etiketində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi müəyyən olunub.

Azərbaycanda dünya standartlarına uyğun azad, plüralist media formalaşmışıb

9 Avqust 2017 16:00

Bu gün Azərbaycanda müasir dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələri (KİV) formalaşmaqdadır. Dövlət “dördüncü hakimiyyət” adlandırılan KİV-in sərbəst inkişafı üçün hər cür şərait yaratmışdır. KİV və ifadə azadlığının qarşısını alan bütün süni maneələr artıq aradan qaldırılmışdır.

ƏMDK-in elektron xidmətlərindən istifadə edənlərin sayı 500 mini ötüb

9 Avqust 2017 15:58

Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət sahələri üzrə təşkil edilmiş elektron və onlayn xidmətlər vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 2017-ci ilin ilk 6 ayı ərzində 86 mindən çox müraciət daxil olub və cavablandırılıb. Ümumilikdə isə vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 500 mindən çox elektron xidmət göstərilib. Hazırda komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 32 elektron xidmət, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir. Komitədən “Olaylar”a verilən məlumata görə, bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Elektron xidmətlərin tətbiqində başlıca məqsəd modern və çevik idarəetmənin təmin edilməsi, fəaliyyətin səmərəliliyinin artırılması, şəffaflığının təmin olunması, bürokratiyanın aradan qaldırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi, xidmətlərə əlçatanlığın artırılmasıdır.

Nazirlik: Vergi uçotundan yayınma hallarının qarşısı alınıb

9 Avqust 2017 15:57

Vergilər Nazirliyi tərəfindən iyul ayı ərzində həyata keçirilən araşdırmalar zamanı vergi ödəyiciləri tərəfindən aparılan əməliyyatlarda kifayət qədər risklər yaranması halları aşkar edilib. Nazirlikdən “Olaylar”a  verilən məlumata görə, bəzi vergi ödəyiciləri tərəfindən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) görə elektron qaimə-fakturaların verilmədiyi, malların (işlərin, xidmətlərin) satılmasına baxmayaraq, həmin əməliyyatlara görə vergilərin dövlət büdcəsinə ödənilmədiyi, satışdan əldə edilmiş pul vəsaitlərinin uçota alınmadığı, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərinə əməl edilmədiyi və bir sıra pozuntulara yol verildiyi müəyyən edilib. Bəzi hallarda isə vergi ödəyiciləri heç bir təsərrüfat subyektləri (anbarı, mağasazı və s.) olmadığı halda, aldıqları (idxal etdikləri) malların satışını vergiyə cəlb etməyərək, həmin malları “mal qalığı” kimi göstərirlər.

AzTA-dan koksaki virusu ehtimalının Azərbaycandan Türkiyəyə gedən turistlərin sayına təsiri barədə AÇIQLAMA

9 Avqust 2017 15:39

Türkiyədə koksaki virusunun yayılması ehtimalları ilə əlaqədar Azərbaycandan Türkiyəyə gedən turistlərin sayında azalma müşahidə olunmayıb. Bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

Müslüm Maqomayevin qızı olduğunu iddia edən şəxs verilişdə DNT testindən keçdi

9 Avqust 2017 15:31

22 yaşlı Veronika Korotkova dünya şöhrətli azərbaycanlı müğənni Müslüm Maqomayevin qızı olduğunu iddia edib. Sənətkarın qardaşı Yuri Rusiyanın "Birinci" kanalında yayımlanan "Na samom dele" proqramına gələrək, V.Korotkovanın söylədiklərini təkzib edib.

Səhiyyə Nazirliyi tərəfindən "İmmunlaşdırma həftəsi" keçirilir

9 Avqust 2017 15:24

2017-ci ilin aprel ayının 24-dən 30-a qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən İmmunlaşdırma həftəsi keçirilib. Nazirlikdən verilən məlumata görə, immunlaşdırma həftəsi ərzində 6 aylıq uşaqların İnaktivləşdirilmiş poliomielit vaksini ilə peyvənd olunması həyata keçirilib. 2017-cu ilin ilk 6 ayı ərzində müşahidə olunan vərəm xəstəliklərin 2016-cı ilin müvafiq dövri ilə müqayisədə 1,3% azalıb.

Yoluxucu xəstəliklərə tutulma riski 11,5% azalıb

9 Avqust 2017 15:20

Səhiyyə Nazirliyinin “İnsanlar arasında qrip xəstəliyi üzərində epidemioloji nəzarətin gücləndirilməsi barədə” əmrinə əsasən Respublika üzrə ağır gedişli respirator virus infeksiyalrı və qripəbənzər xəstəliklər üzərində epidemioloji nəzarət davam etdirilir.

Azərbaycandan Həcc ziyarətinə gedəcək 70 nəfər əlavə 535 dollar ödəyəcək

9 Avqust 2017 15:11

Bu il Azərbaycandan Həcc ziyarətinə təkrar gedənlər 535 dollar əlavə vəsait ödəyəcəklər.  Qafqaz Müsəlmanları İdarəsindən report-a verilən məlumata görə, Səudiyyə Ərəbistanı hökümətinin qərarı ilə 2014, 2015 və 2016-cı illərdə Həcc ziyarətində olanlar və bu il təkrar getmək istəyənlər 535 dollar vergi ödəməlidirlər. Bu vergini Səudiyə Ərəbistanı hökuməti tələb edir.

Hərbi aşpazlarımız bürünc medal qazanıblar

9 Avqust 2017 14:59

Beynəlxalq Ordu Oyunları çərçivəsində Moskva yaxınlığındakı Alabino poliqonunda keçirilən “Səhra mətbəxi” müsabiqəsinin final mərhələsi başa çatıb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, yarışların üç mərhələsinin yekun nəticələrinə görə Azərbaycanın hərbi aşpazları üçüncü yeri tutaraq bürünc medala layiq görülüblər.

“İrəli”də gənclərlə görüş keçirilib

9 Avqust 2017 14:58

"İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə Support of Azerbaijan Youth (SAY) hərəkatı adı altında həyata keçirilən SAY layihələrinin gəncləri görüşüb. “OLAYLAR”-a İctimai Birlikdən verilən məlumata görə, “İRƏLİ” İctimai Birliyinin Support of Azerbaijan Youth (SAY) hərəkatı adı altında reallaşdırdığı layihələr: "SAY: Könüllülük akademiyası”, “SAY: Green”, “SAY: Multikulturalizm” və “SAY: Volfest”, "SAY:Solidarity" layihələri baş tutub. Adı çəkilən layihələrdə hədəf götürülən məqsəd və istiqamətlər müvafiq olaraq gənclərdə könüllülük ideyalarının aşılanması və inkişafı, gənclərdə ekoloji bilik və məsuliyyətin artırılması, gənc könüllülər şəbəkəsinin genişləndirilməsi, gənclərdə həmrəylik hislərini aşılamaq və onların hərtərəfli formalaşmasına şərait yaratmaq olub.

Elektron arayış sistemində müraciətlərin sayına görə ilk yeri “İş yerinə dair arayış” e-xidməti tutur

9 Avqust 2017 14:56

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı ötən ay da artmaqda davam edib. Belə ki, cari ilin iyul ayında bu e-xidmətə əvvəlki iyun ayı ilə müqayisədə 13,4 faiz, ötən ilin iyul ayına nisbətən isə 21,2 faiz çox olmaqla, 26 435 müraciət qeydə alınıb.