Yoluxucu xəstəliklərə tutulma riski 11,5% azalıb
Səhiyyə Nazirliyinin “İnsanlar arasında qrip xəstəliyi üzərində epidemioloji nəzarətin gücləndirilməsi barədə” əmrinə əsasən Respublika üzrə ağır gedişli respirator virus infeksiyalrı və qripəbənzər xəstəliklər üzərində epidemioloji nəzarət davam etdirilir.
9 Avqust 2017 15:20 SosialSəhiyyə Nazirliyinin "İnsanlar arasında qrip xəstəliyi üzərində epidemioloji nəzarətin gücləndirilməsi barədə" əmrinə əsasən Respublika üzrə ağır gedişli respirator virus infeksiyalrı və qripəbənzər xəstəliklər üzərində epidemioloji nəzarət davam etdirilir.
Nazirlikdən verilən məlumata görə hava-damcı yolu ilə yayılan qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlər həyata keçirilir. Kəskin respirator virus infeksiyaların yayılmasında 11,5%-ə qədər azalma müşahidə edilib. Daha çox rast gəlinən süst ifliclər, B tipli hemofil infeksiya tərəfindən törədilən bakterial meningitlər, pnevmokok və meninqokok infeksiyaları üzərində epidemioloji nəzarət gücləndirilib. Sanitariya-epidemioloji xidməti və müalicə-profilaktika idarələrinin birgə fəaliyyəti nəticəsində cari ilin 6 ayı ərzində Respublika üzrə müşahidə edilən xəstəliklərdən poliomielit, difteriya, qızılca, göyöskürək, epidemik parotit və məxmərək xəstəliklərinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib. Publika.az