ƏMDK-in elektron xidmətlərindən istifadə edənlərin sayı 500 mini ötüb
Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət sahələri üzrə təşkil edilmiş elektron və onlayn xidmətlər vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 2017-ci ilin ilk 6 ayı ərzində 86 mindən çox müraciət daxil olub və cavablandırılıb. Ümumilikdə isə vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 500 mindən çox elektron xidmət göstərilib. Hazırda komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 32 elektron xidmət, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir. Komitədən “Olaylar”a verilən məlumata görə, bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Elektron xidmətlərin tətbiqində başlıca məqsəd modern və çevik idarəetmənin təmin edilməsi, fəaliyyətin səmərəliliyinin artırılması, şəffaflığının təmin olunması, bürokratiyanın aradan qaldırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi, xidmətlərə əlçatanlığın artırılmasıdır.
9 Avqust 2017 15:58 SosialƏmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət sahələri üzrə təşkil edilmiş elektron və onlayn xidmətlər vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 2017-ci ilin ilk 6 ayı ərzində 86 mindən çox müraciət daxil olub və cavablandırılıb. Ümumilikdə isə vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 500 mindən çox elektron xidmət göstərilib. Hazırda komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 32 elektron xidmət, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir. Komitədən "Olaylar"a verilən məlumata görə, bu xidmətlər həm "Elektron hökumət" portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Elektron xidmətlərin tətbiqində başlıca məqsəd modern və çevik idarəetmənin təmin edilməsi, fəaliyyətin səmərəliliyinin artırılması, şəffaflığının təmin olunması, bürokratiyanın aradan qaldırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi, xidmətlərə əlçatanlığın artırılmasıdır. Eyni zamanda xidmətlərin optimallaşdırılması, prosedurlarının sadələşdirilməsi, məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması da əsas vəzifələrdəndir.