Sosial
Xəzərdə zəlzələ
"Olaylar" Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yerli vaxtla saat 02:23- də Xəzər dənizində 3.0 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 60 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.
Diqqət: Bu meyvə şirəsində antioksidant daha çoxdur
Aparılan elmi işlərin nəticələrindən məlum olub ki, albalı meyvəsinin suyunda antioksidant daha çoxdur. Bu meyvə şirəsi tərkibində olan C vitamininin 60%-ni qoruyur. Albalı əsl vitamin deposudur. Tərkibindəki A və B vitamini sodium, potasium, kalsium və fosfor mineralları ilə insanı xəstəliklərdən qoruyur. Damarların sərtləşməsinə mane olur, qan dövranını nizama salıb, iltihablanmanın qarşısını alır. Albalı suyu xalq arasında zehni açması ilə tanınır, yaddaşı möhkəmləndirmək üçün son dərəcə faydalıdır.
Eşq, yoxsa sevgi? - FƏRQLƏR
Xırdalanda 3 otaqlı ev yanıb
Xırdalanda 3 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Abşeron rayonu, Xırdalan şəhərində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 100 kvadratmetr sahədə yanıb, evin qalan hissəsi mühafizə yanğından olunub.
Nazirlikdən XƏBƏRDARLIQ: 41 dərəcədən çox istidə bütün işlər dayandırılmalıdır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) işəgötürənlərə müraciət edərək bildirir ki, yay mövsümündə kəskin isti hava şəraitinin mövcud olduğu vaxtlarda işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən zəruri tədbirlər görülməlidir.
Bakıda mənzildən qadın meyiti tapılıb
Bakı şəhərində mənzildən qadın meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Tikinti sektorunda çalışanların orta aylıq məvacibi 808 manata çatıb
2017-ci ilin yanvar-iyun aylarında tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 97,8 min nəfər təşkil edib, onların 48,6 min nəfəri binaların tikintisində, 24,6 min nəfəri mülki təyinatlı inşaat işlərində, 24,5 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb.
Uşağınız səpibsə, bunları edin – HƏKİM MƏSLƏHƏTİ
Bir neçə gündür ki, havanın temperaturu kəskin şəkildə yüksəlib. Dözülməz istilər bütün insanların, həmçinin də azyaşlıların diskomfort yaşamasına səbəb olur. Xüsusilə də kondisionerli məkanlardan birbaşa isti havaya çıxan körpə orqanizmi buna dözmür və müəyyən fəsadlarla üzləşir. Onlarda qızdırma, öskürək, ürəkbulanma kimi hallar yaranır. Hətta müşahidə etdikdə görürük ki, əksər azyaşlı uşaqların alın, üz, sinə nahiyələrində səpgilər var.
Göygöldə mikroavtobus minik avtomobili ilə toqquşub, ölən və xəsarət alanlar var
Göygöldə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun 358-ci kilometrliyində, Göygöl rayonu ərazisində qeydə alınıb. “Ford" markalı sərnişin daşıyan mikroavtobusla “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, üç nəfər isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
“Bu, şərəfsizliyin, qeyrətsizliyin zirvəsidir”
Son günlər Azərbaycan cəmiyyəti azyaşlıların zorlanması, pedofil-manyakların yaxalanması xəbərləri ilə silkələnir. Hər gün Aysellərin, Nigarların, Leylaların, Nicatların, Kərimlərin pedofillərin tələsinə düşdüyünə, bununla da həyatlarının qaraldığına şahidlik edirik. Onlar bizim balalarımızdır, bizim gələcəyimizdir, açmadan solan qönçələrimizdir. Nə yazıq ki, övlad sahibi olan kimsə bu iyrənc əməldən sığortalanmayıb.
DİM: İxtisas seçimi üçün ayrılan müddət uzadılmayacaq
Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə qəbul olmaq üçün ixtisas seçimi edən abituriyentlərə müraciət edib. DİM-dən APA-ya verilən xəbərə görə, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi davam edir.
“ATV” və “Xəzər”ə yeni yayım kanalları ayrılıb, “Xəyal” TV-nin adı dəyişdirilib
Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. MTRŞ-dan verilən məlumata görə, iclasda Azərbaycan ərazisində rəqəmsal yayıma keçiddən sonra boşalan tezlik resurslarından səmərəli istifadə olunması ilə bağlı məsələlər müzakirə edilib. Müzakirələrə uyğun olaraq iclasda yüksək keyfiyyətli rəqəmsal (HD) yayımın həyata keçirilməsi üçün “Azad Azərbaycan” Teleradio Kompaniyasına (“ATV” televiziyası) və “Xəzər” televiziyasına müvafiq olaraq 35-ci və 29-cu yayım kanallarının ayrılması barədə qərar qəbul edilib. Həmçinin “TV Texservis” kabel şəbəkəsi yayımçısı tərəfindən TV yayım proqramlarının kodlanmış yayımının həyata keçirilməsi üçün 22-ci TV yayım kanalının onun istifadəsinə verilməsi barədə qərar qəbul olunub.
Lerikdə antik dövrə aid yeni tapıntılar
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun amerikalı arxeoloqlarla birgə Lerik rayonunun Gürdəsər kəndi ərazisində apardığı tədqiqatlar zamanı e.ə. V əsrə aid olduğu bildirilən qəbiristanlıq və yaşayış yeri aşkarlanıb.
"WhatsApp"da TƏHLÜKƏ VAR!
"WhatsApp" istifadəçiləri üçün böyük təhlükə yaranıb. Bu şəbəkə istifadəçilərinin mesajları silinə və yaxud başqa şəxslər tərəfindən oxuna bilər. "WhatsApp for Whatscan" adlı tətbiq "WhatsApp Web" prosessorunun QR kodunu istifadə edərək özünü kompüter kimi tanıdır və istifadəçilərin bütün mesajlarını görə bilir.
Nail Allahverdiyev barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilməyib
Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilməyib. Bu barədə vəkil Sevdiyar Bayramov məlumat verib. O, müvəkkili ilə görüşmədiyini də deyib.














