Bakıda mənzildən qadın meyiti tapılıb
Bakı şəhərində mənzildən qadın meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
9 Avqust 2017 18:40 SosialBakı şəhərində mənzildən qadın meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyinin saytının verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1946-cı il təvəllüdlü Hüseynova Elmira İsrafil qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.