Lerikdə antik dövrə aid yeni tapıntılar

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun amerikalı arxeoloqlarla birgə Lerik rayonunun Gürdəsər kəndi ərazisində apardığı tədqiqatlar zamanı e.ə. V əsrə aid olduğu bildirilən qəbiristanlıq və yaşayış yeri aşkarlanıb.

AMEA - dan "Olaylar" - a bildirilib ki, ekspedisiyanın rəhbəri, institutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli artıq altı ildir ki, ərazidə tədqiqat işlərinin aparıldığını bildirib. O, son tədqiqatlar zamanı təpənin qayalıq hissəsində qəbiristanlığın daha erkən nümunələrinin sıx şəkildə müşahidə olunduğunu söyləyib.
C.Eminlinin sözlərinə görə, qəbirlərdə antik dövrə aid silahlar, muncuq bəzək əşyaları və saxsı məişət əşyaları vardır. Aşkar edilən maddi-mədəniyyət nümunələrində həmin dövr imperiyalarının mədəni təsiri izlənilməkdədir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31