Sosial
Aydın Əliyev Göycayda vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev avqustun25-də saat 11:00-da Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 98) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Ölkədə internetin geniş yayılması məlumat azadlığının göstəricisidir
Azərbaycan Respublikasında fikir, söz və məlumat azadlığı demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir. Söz və fikir azadlığının prioritet elan edən Azərbaycan hökuməti hazırda da demokratiyanın inkişaf etdirilməsi sahəsində üzərinə düşən vəzifələri yerinə yetirmək əzmindədir. Məhz bu məqsədlə ölkədə sürətli, genişzolaqlı internet imkanları yaradılır.
Azərbaycanda öz maşınına bu elanı yazanlar cərimələnəcək - 50-2000 AZN
"Avtomobillərdə reklam xarakterli informasiyasının yerləşdirilməsi qanunla ciddi tənzim olunur və bu qaydaları pozanlar cərimələnir. Avtomobil üzərində istənilən reklam xarakterli təsvirlər qanunla qadağan edilib".
İ.Serageldin: “Bakı forumunda gənc liderlər bir araya gələrək bütün məsələləri ətraflı müzakirə etmək imkanı qazanacaqlar”
Avqustun 21-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Gənc Liderlər Forumu öz işinə başlayıb. Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə kitabxanasının direktoru İsmail Serageldin tədbirin əhəmiyyətini vurğulayıb, bəşəriyyəti narahat edən aktual problemlərin həlli işinə gənc liderlərin cəlb olunmasının vacibliyini diqqətə çatdırıb.
Dilənçiliklə məşğul olan 11 nəfər saxlanıb
Səbail rayonu ərazisində dilənçiliklə məşğul olan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən rayon ərazisində dilənçiliklə məşğul olan 11 nəfər saxlanılıb. Saxlanılan şəxslər barədə müvafiq tədbir görülüb.
Naxçıvanın yeni naziri kimdir?
Polis general-mayoru Rafiq Abbasov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunub. Bu barədə muxtar respublikanın rəhbərliyindəki mənbədən məlumat verilib. Bu təyinata qədər general R.Abbasov Azərbaycan DİN-in Baş Kadrlar İdarəsinə rəhbərlik edirdi, ondan əvvəl isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
Ramil Usubov əmr verdi - İki vəzifəli şəxs işdən azad edildi
Bakıda “Hummer”dən lüt qız düşdü - VİDEO
Avqustun 20-də saat təxminən 17:07-də qeydə alınan bu görüntülər Bakı-Salyan yolundandır. Bibiheybət qəsəbəsinə gedən yolda - Salyan şosesində yolun sağ zolağında dayanmış "Hummer" markalı avtomobildən lüt qadının düşdüyünü hadisə şahidləri lentə alıblar. Qadın təbii ehtiyacını ödəyərək yenidən maşına minib və ərazidən uzaqlaşıblar.
Heydər Əsədov Şəmkirdə vətəndaşları qəbul edəcək
Kənd təsərrüfatı naziri Heydər Əsədov 25 avqust tarixində Şəmkir rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinləri ilə görüşəcək.
Bakı sakinini şantaj edərək 3600 manat pul aldı
Bakı sakinini şantaj edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 14-də Yasamal rayonu ərazisində Abşeron rayon sakini Elnur Musayev Bakı şəhər sakini Elgün Əhmədovu (ad şərtidir) şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib, 3600 manat pulunu alıb. Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə E.Musayev saxlanılıb.
Könül Xasıyevaya pul "atan" qadın barədə HƏBS QƏRARI
Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirən şəxsin məhkəməsi baş tutub. Nərimanov Rayon Məhkəməsi muğam ifaçısının pulunu qaytarmayan müğənni Xatirə Hacıyeva barədə iki aylıq həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edib. Bu barədə qafqazinfo-ya xalq artistinin vəkili Şəfiqə Nağıyeva məlumat verib.
Məktəbin damından yıxılaraq ölüb
Sumqayıtda orta məktəbdə ölüm hadisəsi baş verib. Məlumata görə, hadisə Sumqayıt şəhəri, 10-cu mikrorayondakı 24 saylı orta məktəbdə qeydə alınıb. Məktəbdə təmir işləri aparan Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Elbrus Firuddin oğlu Məmmədov məktəbin damından yıxılaraq ölüb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğundan Cinayət Məcəlləsinin 162-ci (əmək mühafizə qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Həccə yola düşəcək zəvvarlar üçün ziyarət qrafiki açıqlanıb
Azərbaycandan bu il Həccə yola düşəcək zəvvarlar üçün ziyarət qrafiki açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) “Olaylar”a verilən məlumata görə, ilk zəvvar qrupları təyyarə ilə avqustun 24-də səhər saat 06:10-da Səudiyyə Ərəbistanına yollanacaq. Digər iki qrup isə bu uçuşdan bir saat sonra yola düşəcək. Növbəti qruplar avqustun 25-26-da, gündə 2 reys olmaqla, ziyarətə gedəcək. Ziyarətdən dönüş isə sonuncu səfər uçuşu tarixindən (26 avqust) 18 gün sonra başlayacaq və hər gün iki reys olmaqla, 3 gün davam edəcək.
Kür çayında suyun səviyyəsində azalma müşahidə olunur
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 20-50 və Naxçıvan MR çaylarında isə 70 faizini təşkil edir.
Bərdədə maşın 3 nəfəri vurdu
Avqustun 20-də saat 11.00 radələrində Bərdə rayonunun Yenidaşkənd kəndində rayon sakinləri Nəriman Nərimanlının və Malik Əliyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub, M.Əliyev idarəetməni itirdiyindən yolun kənarında dayanan Ağcabədi rayon sakinləri Ağapəri Məmmədovanı, Sərvət Məmmədovu və Aygül Səmədovanı vurub. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə A.Məmmədova hadisə yerində ölüb, S.Məmmədov və A.Səmədova xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.














