Sosial
Bərdədə maşın 3 nəfəri vurdu
Avqustun 20-də saat 11.00 radələrində Bərdə rayonunun Yenidaşkənd kəndində rayon sakinləri Nəriman Nərimanlının və Malik Əliyevin idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub, M.Əliyev idarəetməni itirdiyindən yolun kənarında dayanan Ağcabədi rayon sakinləri Ağapəri Məmmədovanı, Sərvət Məmmədovu və Aygül Səmədovanı vurub. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə A.Məmmədova hadisə yerində ölüb, S.Məmmədov və A.Səmədova xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsəd çıxarıb
Tovuz rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. “Olaylar” Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Qazax magistral avtomobil yolunun 435–ci km-də, Tovuz rayonu ərazisində “Mercedes” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub.
“AtaTravel” aksiya keçirir
Avqustun 21-dən “AtaTravel” MMC-dən bilet və ya tur alan müştərilərə “Paris Gallery” mağazasından hədiyyə kuponu təqdim olunacaq. “OLAYLAR “-a şirkətdən daxil olan məlumata görə, AtaTravel” MMC müştərilərə yay mövsümündə ölkə daxilində və xaricində maraqlı turlar təklif edir. “AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyev qeyd etdi ki, şirkət ənənəvi turlarla yanaşı yay məzuniyyətləri dövrünü nəzərə alaraq, Azərbaycanın regionları üzrə gəzməli yerlərə qısamüddətli turlar hazırlayıb. Yeni maraqlı marşrutlar işlənib hazırlanıb, tur iştirakçıları yüksək servis xidməti və rahat şəraitlə təmin olunurlar.
Birincə sinfə gedəcək 42 274 uşağın sənədi məktəbə təqdim edilib
Paytaxtın ümumi təhsil məktəblərində 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbulu davam edir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, avqustun 21-nə olan məlumata əsasən, elektron sistem vasitəsilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfinə qəbul üçün yerləşdirilən sorğular əsasında 42 274 (saat 12:30) uşağın sənədi məktəbə təqdim edilib. BŞTİ-nin nəzdindəki ümumi təhsil məktəblərinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 15 mart-15 sentyabr 2017-ci il tarixlərini əhatə edən elektron ərizələrin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər.
Doğuşdan sonra ginekoloqlar bu orqanı nə edir? - GİZLİ SAXLANILAN BİZNES
Bəzi gələcək analar uşağın dünyaya gəlməsindən o qədər narahatdır ki, doğuşun bütün incəliklərini əvvəlcədən düşünürlər: Yaxşı palata, doğum evi, mama-ginekoloq seçilir, doğuşdan sonra həm körpəyə, həm də qadına lazım olacaq əşyalar yığılır. Bütün bunlar bilavasitə uşağın sağ-salamat, heç bir qəziyyə olmadan doğulması üçündür.
"Mən kürdlərin Azərbaycana ərazi iddialarına dair heç bir fikir söyləməmişəm"
Mən kürdlərin Azərbaycana ərazi iddialarına dair heç bir fikir söyləməmişəm. Bunu Milli məclisin üzvü, AMEA Şərqçünaslıq İnstitutununu direktoru, akademik Gövhər Baxşəliyeva deyib.
Masallı Sənaye Məhəlləsində tikinti işləri davam etdirilir
Avqustun 18-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bir qrup KİV nümayəndəsi Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış Masallı Sənaye Məhəlləsində görülən işlərlə tanış olub. “Olaylar” xəbər verir ki, media nümayəndələrinə məlumat verilib ki, artıq Masallı Sənaye Məhəlləsində ərazinin düzənlənməsi işləri başa çatdırılıb və hazırda binaların təməlinin qoyulması və kommunikasiya xətlərinin çəkilməsi işləri aparılır.
“Azərbaycan milli ideologiyasında qadınların rolu”
“Azərbaycan milli ideologiyasında qadınların rolu”mövzusunda Nəsimi rayonunda təhsil, səhiyyə,mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda çalışan, şəhid anaları, veteran ailələri, əmək veteranları, həmcinin rayonun ictimai həyatında fəal iştirak edən qadınların iştirakı ilə görüş keçirilib.
“İslamda şəhidlik anlayışı” mövzusunda tədbir keçirilib
Balakən rayonunun Beçağar kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Kortala kənd dini icması tərəfindən həyata keçirilən “İslam dinində Vətən sevgisi və şəhidlik” layihəsi çərçivəsində “İslamda şəhidlik anlayışı” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev çıxışında bildirib ki, doğulduğumuz və yaşadığımız Vətəni qorumaq bir azərbaycanlı və bir müsəlman kimi hər birimizin müqəddəs borcudur.
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir
Biləcəri-Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı 35 gün müddətində “Texniki fasilə”nin verilməsi ilə əlaqədar olaraq, Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir.
Qırx gün deyil, qırx il ötdü...
XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan şair, dramaturq, tərcüməçi Adil Babayevin (1925-1977) qısa omür payının yarıdan çoxu – bütün uşaqlığı, gəncliyinin ən gözəl çağları, - məhrumiyyətlər, müxtəlif təzyiqlər içində keçib. Lap körpə ikən atasını itirib.
İki faciə...
Durğun və rütubətli hava meteohəssas insanlarda narahatlıq yaradacaq
Avqustun 22-də Bakı və Abşeron yarımadasında havayağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 23-25° isti, gündüz 34-36° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-36° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 35-45% olacaq.
Afaq Əliyeva: "Türkiyədə yayılan Koksaki virusu Azərbaycanda qeydə alınmayıb"
"Türkiyə ərazisində geniş yayılan Koksaki virusu Azərbaycanda qeydə alınmayıb". Səhiyyə Nazirliyi (SN) Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirib ki, sərhəddən keçən və hər hansı xəstəliklərlə bağlı şübhəli bilinən bütün vətəndaşlar müayinə olunur: "Onların arasında Koksaki virusu qeydə alınmayıb və bu xəstəlik ümumiyyətlə, ölkədə yoxdur.
Bu qırmızı nöqtələrdən hamımızda var: Bizi bir gündə öldürə bilər - FOTOLAR
Dəridə qızartılar, qırmızı nöqtələr və civzələr hər birimizi narahat edən problemdir. Bu qüsurumuzu çox vaxt krem və allıqla gizlətməyə çalışırıq. Əslində isə bu problemin çözümünü daxili orqanlarımızda axtarmaq lazımdır. Çünki dəri səthində yaranan bu xoşagəlməz qızartıların başlıca səbəbi məhz vücudumuzda yaranan narahatlıqdır.



.jpg)
.png)









