Avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsəd çıxarıb
Tovuz rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. “Olaylar” Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Qazax magistral avtomobil yolunun 435–ci km-də, Tovuz rayonu ərazisində “Mercedes” markalı minik avtomobili ilə “MAN” markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub.
21 Avqust 2017 13:35 SosialTovuz rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. "Olaylar" Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Qazax magistral avtomobil yolunun 435-ci km-də, Tovuz rayonu ərazisində "Mercedes" markalı minik avtomobili ilə "MAN" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi baradə məlumat daxil olub. Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1958-ci il təvəllüdlü Kərimov Rafiq Baratəli oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 09:05-də başa çatıb.