“Azərbaycan  milli  ideologiyasında qadınların rolu”

“Azərbaycan  milli ideologiyasında qadınların rolu”mövzusunda Nəsimi rayonunda təhsil, səhiyyə,mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda çalışan, şəhid anaları, veteran ailələri, əmək veteranları,  həmcinin rayonun ictimai həyatında fəal iştirak edən qadınların iştirakı ilə görüş keçirilib.

 Nəsimi rayonunda görüş keçirilib

"Azərbaycan  milli ideologiyasında qadınların rolu"mövzusunda Nəsimi rayonunda təhsil, səhiyyə,mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda çalışan, şəhid anaları, veteran ailələri, əmək veteranları,  həmcinin rayonun ictimai həyatında fəal iştirak edən qadınların iştirakı ilə görüş keçirilib. Rayon İcra Hakimiyyətindən "Olaylar"a verilən məlumata görə, görüşü giriş sözü ilə açan Nəsimi rayon icra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, Azərbaycanın qəhrəman və ziyalı qadınlarının adları coxəsrlik tariximizın səhifələrinə yazılıb. Bu gün isə  artıq beynəlxalq aləmin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısı olan Azərbaycan qadınının cəmiyyətdə rolu xeyli artmışdır.Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət tərəfindən qadın hərəkatına qaygi və dəstək gücləndi. Bu gün respublikamızda  əsası ulu ondər Heydər Əliyev tərəfindən qoyulan dövlət qadın siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən layiqincə həyata keçirilir.Gülarə Verdiyeva bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyeva  beynəlxalq aləmdə öz siyasi və ictimai fəaliyyəti ilə Azərbaycan qadınlarını ən yüksək səviyyədə təmsil edir. Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın   uşaq, yeniyetmə və gənclərimizin sağlam böyüməsi, təhsilləri, istedadları və dünyagörüşlərinin artması, həmçinin  gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən və layihələrdən ətraflı söz açıb. Tədbirdə Bakı şəhər icra Hakimiyyəri Başçısının müavini Fidumə Hüseynova cıxış edərək bildirib ki, Azərbaycan qadınının səsi bu gün ən yüksək tribunalardan- dünyanın müxtəlif ölkələrində keçirilən konfrans və tədbirlərdən gəlir. Görüşdə iştirak edən Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Sevinc Əbülhəsənova, Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Məhəbbət İbrahimova çıxış edərək bildiriblər ki, ulu ondər Heydər Əliyev tərəfindən Azərbaycan cəmiyyətində qadınların fəallığının artırılması sahəsində həyata keçirilən tədbirlər  bu gün də uğurla davam etdirilir. Tədbirdə  şəhid və veteran ailələrinə, rayonun ictimai həyatında fəal iştirak edən bir qrup qadınlara tibbi ləzazimatlardan ibarət xüsusi hədiyyələr təqdim edilib. Görüşün sonunda Nəsimi rayon qadınları adından Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevaya təbrik ünvanlanyıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31