“İslamda şəhidlik anlayışı” mövzusunda tədbir keçirilib

Balakən rayonunun Beçağar kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Kortala kənd dini icması tərəfindən həyata keçirilən “İslam dinində Vətən sevgisi və şəhidlik” layihəsi çərçivəsində “İslamda şəhidlik anlayışı” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev çıxışında bildirib ki, doğulduğumuz və yaşadığımız Vətəni qorumaq bir azərbaycanlı və bir müsəlman kimi hər birimizin müqəddəs borcudur.

Balakən rayonunun Beçağar kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Kortala kənd dini icması tərəfindən həyata keçirilən "İslam dinində Vətən sevgisi və şəhidlik" layihəsi çərçivəsində "İslamda şəhidlik anlayışı" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev çıxışında bildirib ki, doğulduğumuz və yaşadığımız Vətəni qorumaq bir azərbaycanlı və bir müsəlman kimi hər birimizin müqəddəs borcudur.

Tədbirdə çıxış edən QMİ-nin Balakən rayon qazısı Hacı İbrahim İbrahimov vurğulayıb ki, dinimizə görə Vətəni sevmək və onu qorumaq imandandır. Vətəni müdafiə etmək üçün düşmənə qarşı mübarizə apararaq şəhid olmaq bir müsəlmanın nail ola biləcəyi ən yüksək mənəvi mərtəbədir.

Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov bildirib ki, insanın doğulub boya-başa çatdığı Vətən onun kimliyinin ayrılmaz parçasıdır. Onu qorumaq milli-mənəvi borcumuzdur və yaşadığımız Vətən torpaqları qəhrəman əcdadlarımızın, Vətən uğrunda şəhid və qazi olan igidlərimizin əsəridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31