Aydın Əliyev Göycayda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev avqustun25-də saat 11:00-da Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 98) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev avqustun25-də saat 11:00-da Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 98) bu bölgədən olan vətəndaşları qəbul edəcək. Komitədən "Olaylar"a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən-Göyçay, Ucar, Zərdab, Kürdəmir rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.Qəbulda iştirak etmək istəyən vətəndaşlar avqustun 24-ü saat 11:00-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31