Sosial
Nazirlik: Dərs bölgüsünün diaqnostik qiymətləndirmə nəticələrinə əsasən aparılmasına nəzarət ediləcək
Təhsil Nazirliyi sentyabr ayından etibarən bütün müəllimlərin dərs bölgüsü prosesinə nəzarət həyata keçirəcək. Təhsil Nazirliyinin İnsan resurları şöbəsinin müdir müavini Eşqi Bağırov bildrib ki, yeni tədris ilindən ərazi maliyyə mərkəzləri tərəfindən dərs bölgüsü aparılarkən onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticələr nəzərə alınacaq. Onun sözlərinə görə, bu proses bölgünü aparmaq imkanı olan məktəblərdə həyata keçiriləcək: “Əgər bir məktəbdə 1 fənn müəllimi varsa, nəticə burada nəzərə alına bilməz. Ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydalarına əsasən də müəllimlərin dərs bölgüsündə diaqnostik qiymətləndirmənin nəticələri nəzərə alınmalıdır”.
Bakıda 40 günlük körpəyə sahib çıxan tapılmır - VİDEO
Respublika Perinatal Mərkəzində 40 günlük körpə tərk edilib. Oxuculardan biri körpənin anasının doğuş zamanı öldüyünü bildirib. İddiaya görə, oğlan uşağı olan körpə xəstəxanada 40 gündən çoxdur ki, qalır. Atası isə uşağını xəstəxanadan götürmür. Məsələni dəqiqləşdirmək üçün Perinatal Mərkəzə yollandıq. Xəstəxanadan bildiriblər ki, doğuş zamanı uşağın anası həqiqətən də ölüb. Xəstəxanadan bildirilib ki, uşağın anasına əvvəl dəfələrlə xəbərdarlıq olunub ki, ana olmaq onun həyatı üçün təhlükəlidir.
Rusiya səfirliyinin avtomobili “Mersedes”lə toqquşdu
Rusiyanın Azərbaycandakı səfirliyinə məxsus avtomobil qəzaya düşüb. Məlumata görə, hadisə paytaxtın Bakıxanov küçəsi 11 ünvanında qeydə alınıb. Rusiyanın Bakıdakı səfirliyinə məxsus “Hyundai” markalı, 004 D 010 dövlət qeydiyyat nişanlı maşın Nicat Bəhmanlının idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Azərbaycan Gürcüstandakı meşə yanğınlarını söndürmək üçün kömək göndərdi
Azərbaycan Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib. Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus helikopter havaya qalxmış və qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək”.
Bişkekdə Bakıdakı forumdan yazdılar
Bişkekdəki turktoday.info saytı avqustun 21-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) təşkilatçılığı ilə işə başlayan Qlobal Gənc Liderlər Forumu haqqında “Azərtac”ın materiallarını yayımlayıb.
YAP-dan seçki xəbərdarlığı
“Gələn il Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində ehtiyatlı olmaq lazımdır”. Bunu millət vəkili, Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov deyib: “Seçki elə kampaniyadır ki, nəticəsi bütün zümrələri, insanları qane etmir.
"Park Bulvar"da gənc oğlan sevgilisinə sürpriz evlilik təklifi etdi - VİDEO
Bakıda gənc oğlan sevgilisinə maraqlı evlənmə təklifi edib. "Park Bulvar"da Pərviz adlı gənc sevdiyi Şəhla adlı xanıma hər kəsin önündə sürpriz edib. Belə ki, gənc oğlan sevdiyi xanıma diz çökərək evlilik təklifi edib. Aşağı mərtəbədə isə bir qrup gənc "Mənimlə evlənərsənmi?" yazılmış kağızlarla oğlana köməklik edib.
Dövlət Komitəsinin əməkdaşı Malayziyada təlimdə iştirak edib
Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində bu ölkənin Xarici İşlər Nazirliyinin dəstəyi və “Taha Alam” təşkilatının təşkilatçılığı ilə “Ən yaxşı təcrübələri əhatə edən Həcc ziyarətlərinin idarəedilməsi” mövzusunda təlim keçirilib. “OLAYLAR”-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, təlimdə komitənin xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov iştirak edib. Təlimə Azərbaycanla yanaşı Banqladeş, Bruney, Fici adaları, Filippin, Myanmar, Maldiv adaları, Vyetnam, Qana, Pakistan İslam Respublikası və Şri-Lanka kimi ölkələrdən ümumilikdə 15 nəfər qatılıb.
Həqiqətlərimizin yayılmasında aydınların rolu mövzusunda konfrans keçiriləcək
Bakıda “Kırkşəhirdən Qarabağa könül körpüsü, həqiqətlərimizin yayılmasında aydınların rolu” mövzusunda konfrans keçiriləcək. Dünya Gənc Türk Yazarlar Birliyindən “OLAYLAR”-a daxil olan məlumata görə, konfrans avquistun 23-də Bakı Atatürk Mərkəzində baş tutacaq.
Açıq Hökumət Platforması jurnalistlər üçün təlim keçirib
Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “AHT Platforması fəaliyyətdə” layihəsi çərçivəsində keçirilən təlimə aparıcı informasiya agentlikləri, qəzet və xəbər saytlarının əməkdaşları qatılıb. Təlimdə Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kerversi də iştirak edib. “Olaylar” xəbər verir ki, giriş sözündə Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev qeyd edib ki, təlimin keçirilməsində məqsəd Azərbaycanın 2011-ci ildən üzv olduğu Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü, bundan irəli gələn və ölkəmizdə həyata keçirilən islahatlar, Açıq Hökumət Platformasının fəaliyyəti barədə jurnalistlərin bilik və bacarıqlarının artırılmasıdır. Platforma koordinatoru əlavə edib ki, “AHT Platforması fəaliyyətdə” layihəsi Avrasiya Əməkdaşlıq Fondunun Niderland Xarici İşlər Nazirliyinin dəstəyi ilə icra etdiyi "Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində həyata keçirilir.
Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Dövlət Sərhəd Xidmətinin Horadiz, Şəmkir, Zaqatala sərhəd dəstələrində və Yevlax şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir. Xidmətdən “Olaylar”a verilən məlumata görə, Azərbaycan Sərhəd Mühafizəsinin 98-ci ildönümünə təsadüf edən andiçmə mərasimində çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasından danışmış, Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə etmişlər.
Zakir Qaralov Qaxda vətəndaşları qəbul edəcək
Baş prokuror Zakir Qaralov cari il avqustun 25-də saat 10:00-da Qax rayon prokurorluğunun inzibati binasında Qax, Balakən, Zaqatala, Şəki, Qəbələ və Oğuz rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Baş Prokurorluqdan verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.
Dövlət Məşğulluq Xidmətinin xətti ilə 35,8 min nəfərdən çox şəxs münasib işlərlə təmin edilib
Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək resurslarının səmərəli məşğulluğunun təminatı istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.
Dənizdə batan şəxsin cəsədi tapılıb
20.08.2017-ci il tarixində dənizdə batmış şəxsn cəsədi çıxarılıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda dənizdə batmış 1994-cü il təvəllüdlü Həsənov Kərim Murad oğlunun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb. Sudan çıxarılab cəsəd və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:15-da başa çatıb.
166 dövlət əmlakı özəlləşdirməyə çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 19 sentyabr tarixində keçiriləcək hərracda 166 dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Komitədən “Olaylar”a verilən məlumata görə, bBunlardan 63-ü kiçik dövlət müəssisə və obyekti, 83-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 20-i isə səhmdar cəmiyyətidir.Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Azinterservis”, “Çatal Broyler”, “Ləki Sinklənmiş qablar”, “Tərtər Konserv”, “Bərdə Kərpic”, “Goranboy Sənaye”, “Şəki Tikinti Quraşdırma” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.







.jpg)






