Azərbaycan Gürcüstandakı meşə yanğınlarını söndürmək üçün kömək göndərdi
Azərbaycan Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib. Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus helikopter havaya qalxmış və qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək”.
21 Avqust 2017 16:47 SosialAzərbaycan Prezidentinin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstandakı meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş vermiş meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib. Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinə məxsus helikopter havaya qalxmış və qonşu ölkədəki meşə yanğınlarının söndürülməsində iştirak edəcək".