YAP-dan seçki xəbərdarlığı

“Gələn il Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində ehtiyatlı olmaq lazımdır”. Bunu millət vəkili, Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov deyib:  “Seçki elə kampaniyadır ki, nəticəsi bütün zümrələri, insanları qane etmir.

Ehtiyatlı olmaq lazımdır

"Gələn il Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində ehtiyatlı olmaq lazımdır". Bunu millət vəkili, Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov deyib:  "Seçki elə kampaniyadır ki, nəticəsi bütün zümrələri, insanları qane etmir. Ona görə də seçkinin nəticələrindən qalib tərəf razı, məğlub tərəf isə narazı qalır. Bu, bütün dünyada belədir. Azərbaycanda da seçkinin nəticələrindən narazı qalanlar olacaq. Biz Azərbaycan müstəqillik qazandıqdan sonra müəyyən ajiotajlara rast gəlmişik. Ona görə də seçki ərəfəsində də, seçkidən sonra da müəyyən qüvvələr aranı qatmaq istəyəcək".  Məsələ ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov isə deyib ki, onlar heç buna cəhd də edə bilməzlər: "Azərbaycanda Prezident seçkilərinin keçirilməsinə 14 aydan artıq vaxt var. Azərbaycanın güclü dövlətdir və ölkəmizdə xalq-iqtidar birliyi var. Yeni Azərbaycan Partiyası (YAP) Qafqazın ən iri və güclü partiyasıdır. Ona görə də heç bir qüvvə Azərbaycanda olan ictimai-siyasi sabitliyi poza bilməz. Onlar heç buna cəhd də edə bilməzlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31