Dövlət Komitəsinin əməkdaşı Malayziyada təlimdə iştirak edib
Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində bu ölkənin Xarici İşlər Nazirliyinin dəstəyi və “Taha Alam” təşkilatının təşkilatçılığı ilə “Ən yaxşı təcrübələri əhatə edən Həcc ziyarətlərinin idarəedilməsi” mövzusunda təlim keçirilib. “OLAYLAR”-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, təlimdə komitənin xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov iştirak edib. Təlimə Azərbaycanla yanaşı Banqladeş, Bruney, Fici adaları, Filippin, Myanmar, Maldiv adaları, Vyetnam, Qana, Pakistan İslam Respublikası və Şri-Lanka kimi ölkələrdən ümumilikdə 15 nəfər qatılıb.
21 Avqust 2017 16:11 SosialMalayziyanın paytaxtı Kuala Lumpur şəhərində bu ölkənin Xarici İşlər Nazirliyinin dəstəyi və "Taha Alam" təşkilatının təşkilatçılığı ilə "Ən yaxşı təcrübələri əhatə edən Həcc ziyarətlərinin idarəedilməsi" mövzusunda təlim keçirilib. "OLAYLAR"-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, təlimdə komitənin xarici əlaqələr şöbəsinin müdir müavini Rəfi Qurbanov iştirak edib. Təlimə Azərbaycanla yanaşı Banqladeş, Bruney, Fici adaları, Filippin, Myanmar, Maldiv adaları, Vyetnam, Qana, Pakistan İslam Respublikası və Şri-Lanka kimi ölkələrdən ümumilikdə 15 nəfər qatılıb.
Avqustun 13-də keçirilən təlimdə on bir ölkəni təmsil edən iştirakçılarla tanışlıqdan sonra Taha Alam təşkilatının fəaliyyəti haqqında ümumi məlumat verilib. Bildirilib ki, təlimin əsas məqsədi Həcc ziyarətlərinin təşkilində qabaqcıl təcrübələrin öyrənilməsi, eləcə də bu sahədə Malayziya hökumətinin əldə etdiyi təcrübənin bölüşdürülməsidir. Təlim proqramı çərçivəsində avqustun 15-də iştirakçıların Malayziyanın tarixi şəhəri olan Malakaya səfəri təşkil olunub. Təlimin sonunda iştirakçılar sertifikatlarla təltif ediliblər.