İ.Serageldin: “Bakı forumunda gənc liderlər bir araya gələrək bütün məsələləri ətraflı müzakirə etmək imkanı qazanacaqlar”

Avqustun 21-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Gənc Liderlər Forumu öz işinə başlayıb. Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə kitabxanasının direktoru İsmail Serageldin tədbirin əhəmiyyətini vurğulayıb, bəşəriyyəti narahat edən aktual problemlərin həlli işinə gənc liderlərin cəlb olunmasının vacibliyini diqqətə çatdırıb.

Avqustun 21-də Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Qlobal Gənc Liderlər Forumu öz işinə başlayıb. Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, tədbiri giriş sözü ilə açan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Misirin İsgəndəriyyə kitabxanasının direktoru İsmail Serageldin tədbirin əhəmiyyətini vurğulayıb, bəşəriyyəti narahat edən aktual problemlərin həlli işinə gənc liderlərin cəlb olunmasının vacibliyini diqqətə çatdırıb. İ.Serageldin qeyd edib ki, Bakı forumunda gənc liderlər bir araya gələrək bütün bu məsələləri ətraflı müzakirə etmək imkanı qazanacaqlar. Bolqarıstanın sabiq Prezidenti, NGBM üzvü Rosen Plevneliev çıxışında qeyd edib ki, dayanıqlı inkişafa, cəmiyyətdə bəşəri dəyərlərin geniş yayılmasına nail olmaq üçün cəmiyyətin bütün təbəqələrinin fəallıq göstərməsi vacibdir. O, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində bu məsələlərlə bağlı səmərəli ideyaların əksini tapdığını vurğulayıb. Sonda isə o, Bakı Forumunun gənc liderlərlə səmərəli əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından gözəl imkan kimi dəyərləndirib. Ukraynanın sabiq birinci xanımı, NGBM üzvü Katerina Yuşenko cəmiyyətdə daha sürətli və dayanıqlı inkişafa nail olmaq üçün müxtəlif yanaşmalardan istifadə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bu məsələdə yeni innovasiyaların tətbiqi çox mühüm əhəmiyyət kəsb edir. Məhz bu baxımdan gənc liderlərin üzərinə böyük məsuliyyət düşür. Latviyanın sabiq Prezidenti, NGBM-nin üzvü Valdis Zatlers Müasir dövrdə cəmiyyətin inkişafı ilə bağlı bir sıra fərqli yanaşmaların irəli sürüldüyünü vurğulayıb. O həmçinin bildirib ki, təcrübəli insanlarla gənc liderlərin bir araya gətirilərək mühüm məsələlərin müzakirə edilməsi baxımından bu Forum mühüm əhəmiyyət daşıyır. Çıxışlardan sonra İsmail Serageldin "Gənc liderliyin inkişafı" mövzusunda təqdimatla çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31