Kür çayında suyun səviyyəsində azalma  müşahidə olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 20-50 və Naxçıvan MR çaylarında isə 70 faizini təşkil edir.

"Olaylar" bildirir ki, Tranzit çaylardahazırkivəziyyətKür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 79 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 114 m3/s olmaqla ongünlük normanın 93 faizini təşkil edib. 
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 11.0 m3/s olmaqla, ongünlük normanın 16 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 31.0 m3/s təşkil edərək ongünlük normanın 45 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətKür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Şirvan və Bankə məntəqələrində 2 sm azalma, Salyanda 2 sm artım, Surra və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2016-cı il avqustun 21-də 363 sm), Şirvanda 205 sm, Salyanda 140 sm (2016-cı il avqustun 21-də 137 sm), Bankədə 181 sm (2016-cı il avqustun 21-də 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 sm (2016-cı il avqustun 21-də 70 sm) təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31