Sosial
Bakıda dələduzluq edən DİL KURSLARI: pulları alıb qeybə çəkildilər - ŞİKAYƏT
Bakının Yasamal rayonu Zahid Xəlilov küçəsi 26A ünvanında fəaliyyət göstərən “Galaxy Education and Consulting Group” MMC adlı kursun direktoru Yasin Zahidovun tələbələri aldatdığı ilə bağlı şikayət daxil olub. Şikayətçi qeyd edir ki, sözügedən təhsil mərkəzinə ingilis dili biliklərini təkminləşdirmək üçün müraciət edib. Müqavilə əsasında qeydiyyata alındıqdan sonra kursun aylıq ödənişini ( 100 AZN) ödəyib. Müqavilənin etibarlılıq müddəti 12.06.2017 – 31.08.2017 olaraq qeyd olunsa da, sonuncu ayın tədrisi bitmədən kurs fəaliyyətini dayandırıb.
Bəzi yerlərdə 41 dərəcə isti gözlənilir
Avqustun 24-də Bakı və Abşeron yarımadasında havayağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 22-25° isti, gündüz 32-37° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.
DİN Bayram Kürdəxanılının ölümü ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi (DİN) meyxana ustası Bayram Kürdəxanılının avtomobillə vurularaq öldürülməsi ilə bağlı rəsmi məlumat yayıb. “Olaylar”ın DİN-in saytına istinadən verdiyi məlumata görə, nazirlikdən bildirilib ki, avqustun 23-də saat 2 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Ramin Fərhadov idarə etdiyi “Peugeot” markalı avtomobillə yolu keçən qəsəbə sakini Bayram Quliyevi vurub. Xəstaxanaya yerləşdirilən B.Quliyev orada ölüb. Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
“Neft Daşları” nda yeni quyu istismara verilib
SOCAR-ın “Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədi ilə quyu fondunun genişləndirilməsi istiqamətində mühüm işlər görür. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu günlərdə “Neft Daşları” yatağındakı 1937A saylı estakadayanı meydançadan 2648 nömrəli quyu qazmadan sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 1610-1602 metr intervaldan sutkalıq 16 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Rusiyanın Azərbaycandakı səfirindən Vilyam Hacıyevə təbrik
Rusiyanın Azərbaycandakı səfiri V.Doroxin İmişli rayon İcra Hakimiyyətinin başçısı V.Hacıyevi 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi münasibəti ilə təbrik edib.
Faciəvi şəkildə ölən Bayram Kürdəxanının NƏŞİNİN GÖRÜNTÜLƏRİ - ÖZƏL FOTOLAR+VİDEO
Qəza nəticəsində həyatını itirən meyxanaçı Bayram Kürdəxanının nəşinin görüntülərini çəkib. Meyxanaçının yas mərasiminə onun yaxınları toplaşıb. Onun nəşinin foto və videounu təqdim edirik.
Antik yunan coğrafiyaşünası Strabonun Albaniya haqqındakı fikirləri təsdiq olunur
AMEA Arxeologiya və Etnoqrafiya institutunun Mil-Qarabağ ekspedisiyası 2017-ci ilin yayında Qalatəpə antik və orta əsr şəhər məskənində arxeoloji tədqiqatları davam etdirib.”Olaylar” bildirir ki, bir ay davam edən kəşfiyyat-axtarış işləri zamanı əsas diqqət abidənin orta əsr təbəqəsinin tədqiqinə yönəlib. Eyni zamanda, son illər təsərrüfat işlərinin xeyli genişləndiyi Mil düzü və Qarqarçay hövzəsindəki müxtəlif tarixi dövrlərə aid yaşayış məskənlərinin vəziyyəti nəzərdən keçirilib.
Avqustun 24-də 360 zəvvar yola düşəcək
Azərbaycandan Həcc ziyarətinə ilk gün-avqustun 24-də 360 nəfər zəvvar gedəcək. Qafqaz Müsəlmanları İdarəsindən “Olaylar”a verilən məlumata görə, ilk zəvvar qafiləsi sabah 06:10-da yola düşəcək. Zəvvarları aparacaq ikinci təyyarə reysi isə 07:30-da havaya qalxacaq. Qalan zəvvarlar isə müvafiq olaraq avqustun 25-i və 26-ı tarixlərində Səudiyyə Ərəbistanına yola düşəcək.
Nazir forum iştirakçısı olan uşaqlarla görüşüb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Azərbaycan Uşaqlarının IV Forumuna seçilmiş bir qrup uşağın iştirakı ilə görüş keçirilib. “Olaylar” xəbər verir ki, görüşdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə uşaqların fəallığının artırılmasında belə görüşlərin əhəmiyyətini vurğulayıb.
Meyvə şirəsinin içində narkotik keçirmək istədi
Penitensiar xidmətin Baş idarəsinin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınmışdır.
Fikrət Məmmədov Zaqatalada qəbul keçirəcək
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən avqustun 25-də Zaqatala şəhərində vətəndaşların qəbulu keçiriləcək.
Qadının meyiti yanan evdə tapılıb
Paytaxt Bakıda iki ev yanıb. Bu haqda ”Olaylar”a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Bakı şəhəri, Nəsimi rayonunda bir-birinə bitişik tikilmiş ümumi sahəsi 90 m² olan 4 otaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 78 m² olan 3 otaqlı evin dam örtüyü 58 m² sahədə yanıb. Yanğnın kəşfiyyatı zamanı Süleymanova Zərgül Nəriman qızının cəsədi aşkar olunub. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 09:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Aksiz markasız siqaretlər müsdirə edildi
Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Azərbaycan Respublikasının vətəndaşı Hüseynov Rafiq Məmmədhüseyn oğlunun idarə etdiyi “Mercedes-208D” markalı, 42-BP-973 nömrəli sərnişin mikroavtobusu Lənkəran rayonu ərazisində saxlanılıb və həmin nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsində baxış keçirilib.
Sahibkarlara 180-dən çox investisiya təşviqi sənədi verilib
Biznes mühitinin yaxşılaşdırılması, yeni müəssisələrin yaradılmasının dəstəklənməsi, sənaye istehsalının artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq, investisiya təşviqi mexanizmi yaradılıb.
DİN: Lənkəranda Regional Elektrik Şəbəkəsinin avtomobilini yandıran şəxs tutulub
Lənkəran sakini Regional Elektrik Şəbəkəsinin (REŞ) nəzarətçi mühəndisinə stəkan atıb, şəbəkəyə məxsus avtomobilin üzərinə benzin tökərək yandırıb. Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, avqustun 22-də Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən kafelərdən birində şəhər sakini Sərvər Məmmədov xuliqanlıq zəminində Lənkəran REŞ-in nəzarətçi mühəndisinə stəkan atıb, kafenin qarşısında olan, REŞ-nə məxsus “Mercedes” markalı avtomobilin üzərinə benzin tökərək qismən yandırıb.














