Meyvə şirəsinin içində narkotik keçirmək istədi

Penitensiar xidmətin Baş idarəsinin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınmışdır.

Penitensiar xidmətin Baş idarəsinin və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınmışdır. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Qəmbərov Soltan Elxan oğluna dostu Masazır qəsəbə sakini Dəmirov Ramil Yavər oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman meyvə şirəsi qabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdən çəkisi 1.500 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülmüşdür.Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Xəzər Rayon Polis İdarəsinə göndərilmişdir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31