Bəzi yerlərdə 41 dərəcə isti gözlənilir
Avqustun 24-də Bakı və Abşeron yarımadasında havayağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 22-25° isti, gündüz 32-37° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.
23 Avqust 2017 13:55 SosialAvqustun 24-də Bakı və Abşeron yarımadasında havayağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 22-25° isti, gündüz 32-37° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 45-55 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək. Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 36-41° isti, dağlarda gecə 14-19°, gündüz 25-30° isti olacağı gözlənilir.