Antik yunan coğrafiyaşünası Strabonun Albaniya haqqındakı fikirləri təsdiq olunur
AMEA Arxeologiya və Etnoqrafiya institutunun Mil-Qarabağ ekspedisiyası 2017-ci ilin yayında Qalatəpə antik və orta əsr şəhər məskənində arxeoloji tədqiqatları davam etdirib.”Olaylar” bildirir ki, bir ay davam edən kəşfiyyat-axtarış işləri zamanı əsas diqqət abidənin orta əsr təbəqəsinin tədqiqinə yönəlib. Eyni zamanda, son illər təsərrüfat işlərinin xeyli genişləndiyi Mil düzü və Qarqarçay hövzəsindəki müxtəlif tarixi dövrlərə aid yaşayış məskənlərinin vəziyyəti nəzərdən keçirilib.
23 Avqust 2017 13:21 SosialAMEA Arxeologiya və Etnoqrafiya institutunun Mil-Qarabağ ekspedisiyası 2017-ci ilin yayında Qalatəpə antik və orta əsr şəhər məskənində arxeoloji tədqiqatları davam etdirib."Olaylar" bildirir ki, bir ay davam edən kəşfiyyat-axtarış işləri zamanı əsas diqqət abidənin orta əsr təbəqəsinin tədqiqinə yönəlib. Eyni zamanda, son illər təsərrüfat işlərinin xeyli genişləndiyi Mil düzü və Qarqarçay hövzəsindəki müxtəlif tarixi dövrlərə aid yaşayış məskənlərinin vəziyyəti nəzərdən keçirilib.
AMEA Arxeologiya və Etnoqrafiya institutunun aparıcı elmi işçisi, Mil-Qarabağ ekspedisiyası Qalatəpə dəstəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev bildirib ki, 2017-ci ilin çöl tədqiqat mövsümündə Qalatəpənin orta əsr təbəqələri arasında keçidi və əlaqələri öyrənmək məqsədilə II qazıntı sahəsində yeni - 9-cu kvadratda (D3) arxeoloji qazıntılara başlanılıb. Araşdırma zamanı 0,4-0,7 metr dərinlikdə yerləşən mədəni qatdan XI-XIII əsrin əvvəllərinə aid tikili qalıqları, çay daşından əmək alətləri, saxsı qab nümunələri aşkar edilib. Əvvəlki illərdə olduğu kimi, builki tədqiqatların gedişində də eyni dərinlikdə (0,4-0,7 metr) yerləşən mədəni təbəqədən bütöv halda maddi mədəniyyət nümunələrinə təsadüf bu şəhər məskənində həyatın monqolların ilk hücumlarından sonra sönməsi haqqındakı fikri bir daha möhkəmlədir.
Arxeoloq qeyd edib ki, Qalatəpə şəhər yerindən və nekropolundan əldə olunan artefaktlar qədim Azərbaycan dövləti olmuş Albaniyanın Ayniana (və ya Enian) şəhəri haqqında antik yunan coğrafiyaşünası Strabonun verdiyi məlumatı ("...deyirlər aynianlar Utiyada hasarlı şəhər salmışlar, o şəhərin adı Aynianadır") qismən də olsa təsdiq edir.