Aksiz markasız siqaretlər müsdirə edildi

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Azərbaycan Respublikasının vətəndaşı Hüseynov Rafiq Məmmədhüseyn oğlunun idarə etdiyi “Mercedes-208D” markalı, 42-BP-973 nömrəli sərnişin mikroavtobusu Lənkəran rayonu ərazisində saxlanılıb və həmin nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsində baxış keçirilib.

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, Azərbaycan Respublikasının vətəndaşı Hüseynov Rafiq Məmmədhüseyn oğlunun idarə etdiyi "Mercedes-208D" markalı, 42-BP-973 nömrəli sərnişin mikroavtobusu Lənkəran rayonu ərazisində saxlanılıb və həmin nəqliyyat vasitəsinə Astara Gömrük İdarəsində baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə,baxış zamanı, sərnişin mikroavtobusunun salonunda, Azərbaycan Respublikasının vətəndaşları Məmmədzadə Bəylər Hüseynəli oğlu və Şahyarov Arzuman Xudabağış oğluna məxsus, gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 14000 ədəd filterli siqaretlər aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31