“Neft Daşları” nda yeni quyu istismara verilib

SOCAR-ın “Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədi ilə quyu fondunun genişləndirilməsi istiqamətində mühüm işlər görür. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu günlərdə “Neft Daşları” yatağındakı 1937A saylı estakadayanı meydançadan 2648 nömrəli quyu qazmadan sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 1610-1602 metr intervaldan sutkalıq 16 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 

SOCAR-ın "Azneft" İstehsalat Birliyi hasilatın artırılması məqsədi ilə quyu fondunun genişləndirilməsi istiqamətində mühüm işlər görür. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu günlərdə "Neft Daşları" yatağındakı 1937A saylı estakadayanı meydançadan 2648 nömrəli quyu qazmadan sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 1610-1602 metr intervaldan sutkalıq 16 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 

Quyuda istismar işləri "Azneft" İstehsalat Birliyinin "Neft Daşları" Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31