Sosial

Azərbaycan yanğınsöndürənləri Gürcüstanda daha 4 hektar ərazidə yanğının qarşısını alıblar

25 Avqust 2017 16:25

Azərbaycan yanğınsöndürənləri Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda meşə yanğınlarının söndürülməsində fəal iştirak etməkdə davam edirlər. Azərbaycan FHN-nin Gürcüstana ezam olunmuş əməkdaşı Toğrul Mehdiyev  bildirib ki, yanğın ərazisində nisbətən çətin sahələr Azərbaycan yanğınsöndürənlərinə həvalə olunur. “Bu gün bizə həvalə olunmuş 4 hektara yaxın ərazidə yanğının söndürülməsini başa çatdırmışıq. Azərbaycan FHN-nin şəxsi heyəti yeni tapşırıqları yerinə yetirmək üçün hazırlıq səviyyəsinə gətirilib" - deyə T. Mehdiyev qeyd edib.

İsmayıllıda 3 otaqlı ev yanıb

25 Avqust 2017 16:06

İsmayıllı rayonunda sahəsi 126 kv.m olan ikimərtəbəli ev yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, rayonun İsmayıllı kəndində 3 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 63 kv.m sahədə və evə bitişik yığılmış 4 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının və evin qalan hissəsi yanğından mühafizə olunub. Alov saat 13:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ailə qurmadı: ölüm anında isə telefonda onunla danışırmış

25 Avqust 2017 16:04

Tanınmış meyxanaçı Bayram Kürdəxanılının ölümü ilə bağlı yeni şayiələr yayılıb. Kürdəxanı sakinlərinin verdiyi məlumata görə, 23 avqust tarixində avtomobil qəzası zamanı həyatını itirən meyxanaçı heç də yolu keçmək istəyən zaman qəzaya düşməyib. Kənd sakinləri bildirib ki, qəza zamanı B.Kürdxanılı sevdiyi xanımla mobil telefonda danışırmış. Hadisə də elə bu zaman baş verib. Mağazaya tərəf gedən meyxanaçı yolu keçib səkiyə çıxsa da, yol ilə hərəkət edən avtomobil onu vurub.

Türkiyədə bakalavr təhsili alacaq Azərbaycan vətəndaşlarına müraciət edilib

25 Avqust 2017 15:46

Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi bu ölkədə ilk dəfə bakalavr dərəcəsi üzrə ali təhsil alacaq Azərbaycan vətəndaşlarına müraciət edib. Təhsil Müşavirliyindən  verilən xəbərə görə, vətəndaşlar Türkiyəyə gələrkən attestatlarını "Apostil" möhürü ilə leqallaşdırmağı unutmamalıdır: “Apostil” Azərbaycan ərazisində verilmiş və Konvensiyanın (“Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”) iştirakçısı olan dövlətlərdən birinin ərazisində təqdim olunması nəzərdə tutulan rəsmi sənədlərə verilir.

Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü seçildi

25 Avqust 2017 15:43

Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü seçilib. Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. Avqustun 25-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Cüdo Federasiyasının konqresi keçirilib. Konqresdə dünya cüdo təşkilatına üzv olan bütün milli federasiyaların rəhbərləri, tanınmış idman xadimləri iştirak ediblər. 

Avtomobil idxalı 2 dəfə artıb

25 Avqust 2017 15:33

Son bir ildə ölkəyə idxal olunan avtomobillərin sayı 2 dəfəyə yaxın artıb. Dövlət Gömrük Komitəsinin rəsmi statistikasına görə, bu ilin birinci yarısında ölkəyə idxal olunan avtomobillərin sayı 4468 ədəd olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1589 ədəd çoxdur. Artımın əsas səbəblərindən biri xaricdən alınan ictimai nəqliyyat vasitələrinə tələbatın artmasıdır.

16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olanı bu CƏZA gözləyir

25 Avqust 2017 15:28

16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaq hansı məsuliyyət yaradır? Mövzu ilə bağlı femida.az-a şərh verən vəkil Asif Abdullayev bildirib ki, 16 yaşına çatmayan şəxslə hətta könüllü cinsi əlaqə cinayət məsuliyyətinə səbəb olur. "16 yaşına çatmayan istər qız, istərsə də oğlanla (misal üçün, yaşca böyük qadın və ya kişi 15 yaşlı oğlanla cinsi əlaqəyə girsə) könüllü cinsi əlaqə cinayət məsuliyyəti yaradır. 

Ağcabədidə iynəli top mərmisi tapılıb

25 Avqust 2017 14:59

Ağcabədi rayonu ərazisində  top mərmisi aşkar edilib. “Olaylar” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu Avşar kəndində qazıntı işləri aparılan ərazidə 1 ədəd mərminin aşkar olunması barədə məlumatlar daxil olub.

Azərbaycanlı alimlər tədqiqat aparacaqlar - Arktikada

25 Avqust 2017 14:56

V.N.Karazin adına Xarkov Milli Universitetinin  Zoologiya və heyvan ekologiyası kafedrasının professoru Sergey Utevski və dosenti Andrey Utevski AMEA Zoologiya İnstitutunda olublar. “Olaylar” bildirir ki, İnstitutun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov qonaqlara rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri, burada aparılan tədqiqatlar barədə məlumat verib. 

Avropa Birliyi nümayəndələri BAMF-ın təşkilatçılığı ilə Tərtər və Bərdə rayonlarında olublar

25 Avqust 2017 13:59

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəsmiləri, əməliyyatlar bölməsinin rəhbəri Jeroen Vilyams və layihə meneceri Ramilə Aslanova  Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə Avropa İttifaqının Azərbaycan hökuməti iləəməkdaşlığı çərçivəsində bölgələr arasındakı fərqlilikləri azaltmaqla iqtisadiyyatın diversifikasiyası, daha tarazlı və hərtərəfli inkişafı təşviq etməkdə Azərbaycan Hökumətinin göstərdiyi səyləri dəstəkləməyi nəzərdə tutan  Regionların və Kənd Yerlərinin İnkişafına yardım proqramı üzrə Tərtər və Bərdə rayonlarının iqtisadi inkişafının gələcək perspektivləri ilə tanış olmaq məqsədi ilə 22-23 avqust tarixlərində bu rayonlara səfər ediblər.

Test üsulunun ləğvi: yeni qəbul hansı qaydada aparılacaq?

25 Avqust 2017 13:58

Azərbaycanda 26 ildir tətbiq edilən ali məktəblərə qəbul imtahanlarının test üsulu ilə keçirilməsi iki il sonra ləğv ediləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Əmək Nazirliyi tərəfindən 7,1 min uşaq reabilitasiya və sosial xidmətlərlə təmin olunub

25 Avqust 2017 13:55

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, onlara ehtiyaclarına uyğun sosial xidmətlərin göstərilməsi istiqamətində işlər davam etdirilir. Cari ildə nazirliyin xətti ilə 7,1 min nəfər sağlamlıq imkanları məhdud uşaq reabilitasiya və sosial xidmətlərlə təmin olunub.

Daha bir “Cek Pot” uduldu-88 min 560  manat məbləğində

25 Avqust 2017 13:48

Lotereyalarda daha bir “Cek Pot” uduşu qeydə alındı: “5/36” lotereyasının 5 avqust tarixli tirajında 052084 və 052432 nömrəli lotereya biletlərinin sahibləri 88 min 560 manat məbləğində “Cek Pot”u şərikli udaraq, hərəyə 44 min 280 manat qazandılar.   Qeyd etmək lazımdır ki, bu uduş “5/36” lotereyasında 2017-ci il ərzində qeydə alınan altıncı “Cek Pot” uduşudur.

Meteohəssas insanlarda narahatlıq yaranacaq

25 Avqust 2017 13:12

Avqustun 26-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. ETSN-dən  verilən məlumata görə, havanın temperaturunun gecə 21-24° isti, gündüz 28-33° isti, Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.