Avtomobil idxalı 2 dəfə artıb
Son bir ildə ölkəyə idxal olunan avtomobillərin sayı 2 dəfəyə yaxın artıb. Dövlət Gömrük Komitəsinin rəsmi statistikasına görə, bu ilin birinci yarısında ölkəyə idxal olunan avtomobillərin sayı 4468 ədəd olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1589 ədəd çoxdur. Artımın əsas səbəblərindən biri xaricdən alınan ictimai nəqliyyat vasitələrinə tələbatın artmasıdır.
25 Avqust 2017 15:33 SosialSon bir ildə ölkəyə idxal olunan avtomobillərin sayı 2 dəfəyə yaxın artıb. Dövlət Gömrük Komitəsinin rəsmi statistikasına görə, bu ilin birinci yarısında ölkəyə idxal olunan avtomobillərin sayı 4468 ədəd olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1589 ədəd çoxdur. Artımın əsas səbəblərindən biri xaricdən alınan ictimai nəqliyyat vasitələrinə tələbatın artmasıdır. Statistikadan görünür ki, ən yüksən artım 10 nəfərdən yuxarı adam daşımaq üçün nəzərdə tutlan avtobusların sayında müşahidə edilir. Belə ki, cari ilin yanvar-iyul aylarında ölkəyə 111 ədəd avtobus gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.5 dəfə çoxdur. Ölkəyə idxal olunan minik avtomobillərin sayı 3791, yük daşımaq üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin sayı 519 ədəd olub. Beləliklə, bu məhsullar üzrə müvafiq olaraq 34.7 faiz və 42.1 faiz artım qeydə alınıb.