Əlcəzair Aİ-nin suveren qərarlara müdaxilə cəhdlərini rədd edir- ÖZƏL
13:59 DünyaƏlcəzair Avropa İttifaqı ilə Assosiasiya Sazişindən ölkəyə təzyiq vasitəsi kimi istifadə edilməsinə qarşı çıxır. Olaylar.az xəbər verir ki, "Əl-Xəbər" qəzetinin məlumatına görə, bunu Əlcəzairin xarici işlər naziri Əhməd Attaf bildirib.
Nazir qeyd edib ki, rəsmi Əlcəzair hər iki tərəfin maraqlarına cavab verən balanslı tərəfdaşlığın tərəfdarıdır. Bununla yanaşı, belə bir sazişin ölkənin suveren qərarlarına təsir göstərmək və ya digər dövlətlərlə münasibətlərinə müdaxilə etmək vasitəsinə çevrilməsini qəbuledilməz hesab edir.
Əhməd Attaf Avropa İttifaqı ilə iqtisadi münasibətlərdə mövcud disbalansa da diqqət çəkib. O, Əlcəzair iqtisadiyyatına Avropa investisiyalarının aşağı səviyyədə olduğunu, texnoloji əməkdaşlığın qənaətbəxş olmadığını və Əlcəzair məhsullarının Avropa bazarına çıxışında məhdudiyyətlərin mövcudluğunu vurğulayıb.