İran ABŞ ilə yeni münaqişə olacağı təqdirdə gücləndirilmiş HHM sistemlərini yerləşdirməyə hazırdır – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisinin müavini kontr-admiral Həbibullah Səyyari ABŞ ilə yeni münaqişə baş verəcəyi halda Tehranın gücləndirilmiş hava hücumundan müdafiə (HHM) sistemlərini işə salmağa hazır olduğunu bəyan edib. 

"Tasnim" agentliyinin məlumatına görə, admiral bildirib ki, Vaşinqton hərbi əməliyyatları bərpa edərsə, düşmənə "ciddi zərər" vurmaq məqsədilə yeni hazırlanmış müasir HHM sistemləri ilə qarşılaşacaq.

Səyyari ABŞ-nin istənilən hücumu zamanı bu sistemlərin effektivliyini və imkanlarını görəcəyini vurğulayıb. O həmçinin əlavə edib ki, İran mövcud qarşıdurmalar zamanı hava hücumundan müdafiənin gücləndirilməsinin əsas prioritet olduğunu dərk edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00