Hindistan Hind okeanında sabitliyin qorunmasına çağırıb- ÖZƏL

Hindistan Hind okeanında sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Olaylar.az xəbər verir ki,  Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar bildirib ki, Hind okeanı qlobal ticarət, enerji təhlükəsizliyi və nəqliyyat əlaqələri baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, regionun dinc və sabit qalması, iqtisadi inkişaf üçün əlverişli şəraitin qorunması ortaq məsuliyyətdir.
Nazir əlavə edib ki, Hindistan 2025-2027-ci illərdə regional əməkdaşlığı gücləndirməyi, praktik təşəbbüsləri inkişaf etdirməyi və üzv dövlətlər arasında koordinasiyanı artırmağı hədəfləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00