Sosial

Qaçaqmalçılıq yolu ilə  telefon keçirilməsi cəhdinin qarşısı alınıb

25 Avqust 2017 13:05

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Naz Lifan” markalı avtomobilə gömrük baxışı keçirilib.

Mətbuat Şurası Mehman Əliyevlə bağlı Prezidentə müraciət etdi

25 Avqust 2017 13:04

Azərbaycan Mətbuat Şurası “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevlə bağlı Azərbaycan prezidenti İlham Əliyevə müraciət ünvanlayıb. Mətbuat Şurasından verilən məlumata görə, müraciətdə deyilir: “Sizin Azərbaycan mediasına, onun problem və çətinliklərinin aradan qaldırılmasına, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn həssas münasibətiniz ölkəmizdə mövcud istiqamətdə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Salyanda 4 otaqlı ev yanıb

25 Avqust 2017 12:59

Salyan rayonu, Xələc kəndində vətəndaşa məxsus 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 m2 sahədə   yanmıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 10:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Deputat: Təhsillə bağlı qərar geniş xalq müzakirəsindən sonra qəbul edilməlidir

25 Avqust 2017 12:58

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin iki il sonra buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiq ediləcəyi barədə verdiyi açıqlamalar narazılıqla qarşılanır. DİM sədri deyib ki,  gələn ilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəklər: “Gələn ilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəkilində imtahan verəcəklər.

Belarusda Azərbaycan Ticarət Evi uğurla fəaliyyət göstərir

25 Avqust 2017 12:55

Yaranmasından qısa müddət keçməsinə baxmayaraq, artıq Azərbaycan Ticarət Evi vasitəsilə ölkəmizdən Belarusa 84 tondan artıq meyvə-tərəvəz məhsulları (pomidor, gavalı, armud, şaftalı, nektarin, yaşıl zeytun və zeytun məhsulları, o cümlədən 8000 şüşəyə yaxın zeytun yağı, zeytun mürəbbəsi, 2700 şüşəyə yaxın nar şirəsi, 1200 qutudan artıq çay) ixrac edilib.

Nə qədər xarici dövlət borcumuz var?

25 Avqust 2017 12:53

01 iyul 2017-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 7,172.6 milyon ABŞ dolları (12,208.5 milyon manat) olub. Maliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 18.9 faiz təşkil etmişdir. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilmişdir. Xarici dövlət borcu əsasən beynəlxalq maliyyə institutlarının kredit proqramlarından və infrastruktur layihələrindən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.

Hicran Hüseynova Ağsuda vətəndaşları qəbul edəcək

25 Avqust 2017 12:51

29 avqust 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Ağsu rayonunda saat 11:00-da Ağsu Yaradıcılıq Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Qobustan, Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramına görə fətva verdi

25 Avqust 2017 12:48

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı münasibətilə fətva verib. Bu barədə QMİ-nin mətbuat xidmətindən məlumat verilib. Fətvada deyilir ki, qarşıdan İslam aləmi və xalqımızın müqəddəs günlərindən biri, uca insani keyfiyyətlərin təntənəsini simvolizə edən Qurban bayramı gəlir: "Bütün səmavi dinlərin əziz tutduğu Həzrət İbrahim əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün ümumbəşəri birlik və tolerantlıq mesajını çatdırır.

Ölkəyə qanunsuz yolla elektron cihazların gətirilməsinin qarşısı alınıb

25 Avqust 2017 12:32

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Naz Lifan" markalı avtomobilə gömrük baxışı keçirilib. “Olaylar” Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən əldə etdiyi məlumata görə, baxış zamanı, vətəndaşın üzərində 6 ədəd "X-BO" markalı mobil telefon və həmin telefonlara aid 12 ədəd USB kabel və 12 ədəd "qulaqcıq" aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Cavid Osmanov: Regionların inkişafı dövlət başçısının siyasətində əsas hədəflərdən biridir

25 Avqust 2017 12:30

“Prezident İlham Əliyev ölkəmizin  regionlarının sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayır”. Bubu deyən millət vəkili, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü  Cavid Osmanov bildirib ki, regionların inkişafı dövlət başçısının siyasətində əsas hədəflərdən biridir. Onun sözlərinə görə, ölkə başçısı tərəfindən  həyata keçirilən siyasətin əsas məqsədi paytaxtımızla yanaşı bütün bölgələrimizin də hərtərəfli inkişafının təmin edilməsidir: “Bu gün bölgələrimiz tarazlı şəkildə inkişaf edir. yeni infrastrukturlar qurulur, yollar çəkilir, körpülər tikilir, kəndlərimiz qazlaşdırılır.

Ədalət Vəliyev “Cinema Plus” kinoteatlar şəbəkəsinin direktoru ilə görüşdü

25 Avqust 2017 12:27

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev “Cinema Plus” kinoteatrlar şəbəkəsinin direktoru Zaur Darabzadə  və “Park Cinema” kinoteatr şəbəkəsinin satış və marketinq üzrə direktoru Musa Axundovla Nazirlikdə görüş keçirib.

11 müəllimin diplomu saxta çıxdı

25 Avqust 2017 12:22

Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başladığı müddət ərzində 11 saxta diplom aşkarlanıb. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumata verilib.

Azərbaycanlı qızın rəqsi marağa səbəb oldu - VİDEO

25 Avqust 2017 12:16

Toyda şıdırğı rəqs edən xanım böyük marağa səbəb olub. Toy mərasimində çəkilən görüntülər xeyli maraq yaradıb.  Xanımın geyimini müzakirə edən sosial şəbəkə istifadəçiləri iki yerə bölünüb. Bəziləri qadına şıdırğı rəqsin yaraşmadığını, digərləri isə əksinə, yaraşdığını düşünür.  

TN: Müəllimliyə namizədlər arasında bayrağın rənglərinin mənasını, 20 Yanvarın mahiyyətini bilməyənlər olub

25 Avqust 2017 12:05

Sabah Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatır. Təhsil Nazirliyindən  verilən xəbərə görə, avqust ayının 21-dən başlayan müsahibə mərhələsinə 5225 nəfər buraxılıb.

Səhiyyə naziri Göygöldə

25 Avqust 2017 11:54

Avqustun 25 – də Səhiyyə naziri Oqtay Şirəliyev Göygöl Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. “Olaylar” bildirir ki, nazir Göygöl, Daşkəsən, Goranboy və Naftalan rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.