Hicran Hüseynova Ağsuda vətəndaşları qəbul edəcək

29 avqust 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Ağsu rayonunda saat 11:00-da Ağsu Yaradıcılıq Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Qobustan, Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.

29 avqust 2017-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Ağsu rayonunda saat 11:00-da Ağsu Yaradıcılıq Mərkəzində vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Qobustan, Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər. Komitədən "Olaylar"a bildiriblər ki, qəbulda vətəndaşların ərizə, təklif və tövsiyələrinə baxılması nəzərdə tutulur. Qəbuldan sonra rayonun fəal qadınları ilə görüşün keçirilməsi planlaşdırılır. Görüş çərçivəsində Ağsu rayonunda qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31