Azərbaycanlı alimlər tədqiqat aparacaqlar - Arktikada

V.N.Karazin adına Xarkov Milli Universitetinin  Zoologiya və heyvan ekologiyası kafedrasının professoru Sergey Utevski və dosenti Andrey Utevski AMEA Zoologiya İnstitutunda olublar. “Olaylar” bildirir ki, İnstitutun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov qonaqlara rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri, burada aparılan tədqiqatlar barədə məlumat verib. 

V.N.Karazin adına Xarkov Milli Universitetinin  Zoologiya və heyvan ekologiyası kafedrasının professoru Sergey Utevski və dosenti Andrey Utevski AMEA Zoologiya İnstitutunda olublar. "Olaylar" bildirir ki, İnstitutun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov qonaqlara rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri, burada aparılan tədqiqatlar barədə məlumat verib. Görüşdə XMU ilə Zoologiya İnstitutu arasında əlaqələrin qurulması, beynəlxalq və yerli layihələrdə birgə iştirak kimi məsələlər müzakirə olunub. Həmçinin hər iki qurumun əməkdaşlarının birlikdə Arktikada tədqiqatlar aparmaları, XMU-nun doktorantlarının və dissertantlarının Mingəçevir Elmi Təcrübə Laboratoriyasında təcrübə keçmələri barədə danışıqlar aparılıb.
Səfər çərçivəsində qonaqlar Zoologiya İnstitutunun əməkdaşları ilə birgə elmi ekspedisiyada da olublar. Ekspedisiya zamanı Masallı, Lənkəran, Lerik, Yardımlı, Quba, Nabran, Yalama ərazilərində yerləşən göllərdə, şəlalələrdə, çaylarda tədqiqatlar aparılıb və bir neçə növ zəli tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31