Sosial
Təyyarəyə yerləşmədiyi üçün 80 kiloqram arıqladı
İngiltərəli 58 yaşlı Toni Uestavey təyyarəyə yerləşmədiyi üçün 2 dəfə arıqlayaraq 160-dan 80 kiloqrama düşüb. 2015-ci ildə məzuniyyəti zamanı tətil etmək qərarına gələn Toni səyahətinin ilk anından problemlə üzləşir. Aviaşirkətin əməkdaşları uzun müddət onu təyyarəyə oturda bilməyiblər.
Yaşından daha cavan görünmək üçün bu beş qaydaya əməl edin!
Zamanı nə cür dayandırmaq olar? Daha cavan görünmək üçün nə etmək lazımdır? Mütəxəssislərin fikrincə, cavan görünmək üçün beş əsas qaydaya riayət etmək mütləqdir. “Komsomolskaya pravda” saytı xəbər verir ki, yaşından daha cavan görünmək üçün beş sadə qaydaya riayət etmək kifayətdir.
Abşeronda evə basqın — Ev sahibini öldürüb, arvadını yaraladılar
Abşeronda dəhşətli qətl törədilib. Hadisə iki gün əvvəl rayonun Saray qəsəbəsi, "Üzümlük" adlanan ərazidə qeydə alınıb. Məmməd Sərxanova məxsus evə girən naməlum şəxs ev sahibin başına taxta ilə vuraraq öldürüb. Naməlum şəxs daha sonra ev sahibinin həyat yoldaşı Zeynəb Sərxanovanı hədələyərək pul tələb edib. Məqsədinə çata bilmədikdə isə qadına da xəsarət yetirərək, hadisə yerindən qaçıb.
Universal ayaqqabı DƏBİ: Bu payız ayaqlarınız yorulmayacaq!
Bu payız ayaqlarınız yorulmayacaq! Payız aylarında açlaq dabanlı ayaqqabıların yeni fasonları dəbdə olacaq. Yeni yaranan dəb cərayanı daha çox nənələrimizin sevdiyi ayaqqabıları xatrıladır. Lakin bu, sizi qətiyyən qorxutmasın. Birincisi, alçaq və qalın dabanlı ayaqqabılar bir çox cəhətdən əlverişlidir. Odur ki, onların bütün qızların qarderobuna yol tapacağına şübhə etmirik. İkincisi isı bu ayaqqabılar sadə və yığcam fasonu sayəsində istənilən üslubla uzlaşır.
Çay bu 7 XƏSTƏLİYƏ ÇARƏDİR
Çayın bir çox faydalı xüsusiyyətləri var. Bəzi xəstəliklər və pozulmalar zamanı çay əsl müalicəvi vasitə kimi istifadə oluna bilər:
Çox işləmək ZİYANLIDIR
London Universitet koleci alimlərinin sözlərinə görə, çox işləyən insanlarda ürək çatışmazlığı, insult və demensiya riski artmış olur. Deccan Chronicle xəbər verir ki, alimlər həftədə 35-40 və 55 saatdan çox 2 qrup insanların sağlamlıq haqqında məlumatlarını təhlil etdikdən sonra belə qənaətə gəliblər.
Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanı Azərbaycanın yeyinti məhsullarına maraq göstərir
2017-ci ilin 7 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə meyvə-tərəvəzin ixracında çəki nisbətində 62 faiz artım qeydə alınıb. Bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Yevlaxda ixracatçılarla görüşdə deyib.
ANS-in məşhur aparıcısı yeni telekanalda
Artıq lisenziyası ləğv olunmuş ANS və "Space" telekanallarının keçmiş aparıcısı Rövşanə Bektaşinin yeni iş yeri məlum olub. Bektaşi bundan sonra ARB telekanalında çalışacaq.
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan edilib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə keçirilir. DİM-dən verilən məlumata görə, 25 avqustdan 5 dövlət orqanında 86 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.
Kreditə və ya borca pul götürüb qurban kəsmək düzgündür?
Artıq Qurban bayramına sayılı günlər qalıb. Müsəlmanlar bayramlaşmağa, qurban kəsməyə və yardımlaşmağa hazırlaşır. İmkanlı üçün Qurban bayramının yaxınlaşmağının bir o qədər də əhəmiyyəti yoxdur. İmkansız isə qurbanı hansı pulla kəsəcəyini düşünür.
Məktəbəhazırlıq qruplarına qəbul üçün 12 mindən artıq uşaq qeydiyyatdan keçib
Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 12 633 ərizənin onlayn qeydiyyatı (25.08.2017-ci il tarixinə saat 17:00-a olan məlumata əsasən) aparılıb.
50-yə yaxın şagird peşə təhsili alacaq
Avqustun 28-dən “ASAN Peşə” layihəsi üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə boş qalan yerlərə əlavə ixtisas seçiminə start veriləcək. Təhsil Nazirliyindən verilən xəbərə görə, sentyabrın 7-dək davam edəcək prosesdə hər kəs iştirak edə bilər. Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Amil Əlili bildirib ki, növbəti mərhələdə ixtisas seçiminə sadəcə, ilk mərhələyə qatılaraq yer tuta bilməyənlər deyil, həm də peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən istənilən şəxs qatıla biləcək.
Azercell liderliyini qoruyur
Abunəçilərinə göstərdiyi keyfiyyətli xidmət ilə rabitə bazarının lider mobil operatoru adını qazanan Azercell 4,5 milyonluq abunəçi ailəsinin etimadını doğrultmağa davam edir. Şirkətin Müştəri Xidmətləri təmsilçiləri sosial şəbəkələrdə də abunəçilərinə yüksək xidməti ilə seçilir.Təsadüfi deyil ki, Azercell 2017-ci ilin ikinci rübündə də rəsmi Facebook səhifəsində istifadəçilərin verdiyi sualların 100%-ni cavablandırıb. Gün ərzində abunəçilərin ünvanladığı çoxsaylı sualları operativ şəkildə cavablandırdığına görə Azercell növbəti dəfə “Socially devoted” sertifikatına layiq görülüb.
Vergilər Nazirliyi "Turan"da aparılan yoxlamalarla bağlı məlumat yaydı
“Turan İnformasiya Agentliyi” MMC-də Vergilər Nazirliyitərəfindən vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədilə aparılmış səyyar vergi yoxlamasının nəticələrinə əsasən xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.
Çaylarda daşma təhlükəsi var?
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 20-50, Naxçıvan MR çaylarında isə 90 faizini təşkil edir.














