50-yə yaxın şagird peşə təhsili alacaq

Avqustun 28-dən “ASAN Peşə” layihəsi üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə boş qalan yerlərə əlavə ixtisas seçiminə start veriləcək. Təhsil Nazirliyindən verilən xəbərə görə, sentyabrın 7-dək davam edəcək prosesdə hər kəs iştirak edə bilər. Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Amil Əlili bildirib ki, növbəti mərhələdə ixtisas seçiminə sadəcə, ilk mərhələyə qatılaraq yer tuta bilməyənlər deyil, həm də peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən istənilən şəxs qatıla biləcək.

Avqustun 28-dən "ASAN Peşə" layihəsi üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə boş qalan yerlərə əlavə ixtisas seçiminə start veriləcək. Təhsil Nazirliyindən verilən xəbərə görə, sentyabrın 7-dək davam edəcək prosesdə hər kəs iştirak edə bilər. Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Amil Əlili bildirib ki, növbəti mərhələdə ixtisas seçiminə sadəcə, ilk mərhələyə qatılaraq yer tuta bilməyənlər deyil, həm də peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunmaq istəyən istənilən şəxs qatıla biləcək. Şöbə müdiri vətəndaşları bu mərhələdə xüsusilə diqqətli olmağa çağırıb: "Birinci mərhələ veb dizayner, kompüter ustası və operatoru, aşpaz, bərbər, elektrik və qaz qaynaqçısı, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru mütəxəssisi kimi ixtisaslar üzrə büdcə-plan yerlərini seçənlər üstünlük, bu yerlər üzrə vakansiya isə azlıq təşkil edir. Vətəndaşların düzgün seçim etməməsinin nəticəsidir ki, kənarda qalan namizədlərin, boş qalan yerlərin sayı kifayət qədər olub. Bunu nəzərə alaraq avqustun 28-dən start verəcəyimiz növbəti mərhələdə iştirak etmək niyyətində olanlardan diqqətli olmalarını xahiş edirik. Bu dəfə vakansiyaların sayı az olduğundan rəqabət daha güclü olacaq". A. Əlili qeyd edib ki, ötən illə müqayisədə peşə-ixtisas təhsili müəssisələrinə maraq artdığı kimi, iştirakçılar arasında bilik səviyyəsi yuxarı olanlar da çoxalıb: "Ötən il qəbul olunanlardan 25 faizindən çoxunun əsas fənlər üzrə ümumi müvəffəqiyyət göstəricisi "4"dən yuxarı olub. Bu il isə nəinki "4", orta attestat balı "5" olan 50-yə yaxın namizəd qeydə alınıb. Onların bal göstəriciləri bunu deməyə əsas verir ki, gənclərin peşə təhsilinə marağı ildən-ilə yüksəlir. Bu il güclü rəqabət mühitini formalaşdıran başlıca amillərdən biri də məhz ixtisas seçiminə yüksək ballıların qatılmasıdır". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31