Təyyarəyə yerləşmədiyi üçün 80 kiloqram arıqladı

İngiltərəli 58 yaşlı Toni Uestavey təyyarəyə yerləşmədiyi üçün 2 dəfə arıqlayaraq 160-dan 80 kiloqrama düşüb.  2015-ci ildə məzuniyyəti zamanı tətil etmək qərarına gələn Toni səyahətinin ilk anından problemlə üzləşir. Aviaşirkətin əməkdaşları uzun müddət onu təyyarəyə oturda bilməyiblər.

İngiltərəli 58 yaşlı Toni Uestavey təyyarəyə yerləşmədiyi üçün 2 dəfə arıqlayaraq 160-dan 80 kiloqrama düşüb.  2015-ci ildə məzuniyyəti zamanı tətil etmək qərarına gələn Toni səyahətinin ilk anından problemlə üzləşir. Aviaşirkətin əməkdaşları uzun müddət onu təyyarəyə oturda bilməyiblər. İlk növbədə köklüyünə görə kəməri bağlanmayan Toninin daha sonra ayaqları oturacağa yerləşməyib. Onun yerləşdirilməsi üçün bütün uçuş heyəti kömək etməli olub. Hadisədən böyük utanc hissi keçirən 58 yaşlı ingiltərəli evə qayıtdıqdan sonra arıqlamaq üçün müsabiqəyə qatılmaq qərarına gəlir. Müsabiqə sayəsində Toni 80 kiloqram arıqlayıb. Onun sözlərinə görə, arıqlamağının əsas sirri düzgün qidalanmağı olub. Həkimlərin sözlərinə görə isə Toni arıqlamaqla ömrünü 20 il uzatmış olub. Sia.az xarici mətbuata istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31