Sosial
İndoneziyada Azərbycan mədəniyyət mərkəzi açılacaq
Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla İndoneziya Xarici İşlər Nazirliyinin Cənubi və Mərkəzi Asiya ölkələri Departamentinin direktoru Ferdi Niko Yohannes Piayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. “Olaylar” bildirir ki, nümayəndə heyətini ADU-da görməkdən məmnunluğunu bildirən rektor bu görüşün baş tutmasının təbii hal olduğunu deyib. O, qeyd edib ki, ADU-da İndoneziya dili, ədəbiyyatı, mədəniyyəti və tarixi öyrədilir. Universitetdə İndoneziya Araşdırmalar Mərkəzinin fəaliyyət görtərdiyini deyən rektor hər il ADU-nun 10 tələbəsinin İndoneziyaşünaslıq ixtisası üzrə hazırlandığını söyləyib: “Məmnuniyyətlə qeyd etmək istərdim ki, bu tələbələr İndoneziyanın mədəniyyətini, tarixini, ədəbiyyatı və dilini böyük həvəslə öyrənirlər. Azərbaycanda təkcə İndoneziya səfirliyi fəaliyyət göstərmir, burada eyni zamanda İndoneziyasevərlər məkanı var”.
Günün qoroskopu: ciddi anlaşma və ya razılaşma əldə etmək çətindir
ƏHALİNİN NƏZƏRİNƏ! Qurban bayramında qasırğa olacaq - Xəbərdarlıq
Nazı "Facebook"da ağ yuyub qara sərdilər
Kişilər başqa qadınlara niyə baxır?
Şotlandiyadakı Stirling Universitetində aparılan araşdırmaya görə, kişilərin gözəl qadınlara baxma meyli təkamüldən qaynaqlanır. “Daily Telegraph” qəzetinin yayımladığı araşdırmada qadınların əvvəlcədən tanıdıqları kişiləri, kişilərinsə ilk dəfə gördükləri qadınları daha cazibədar hesab etdikləri məlum olub. Bunun da ulu babalarımızın mümkün olduqca çox qadınla yataraq nəsil artırma istəyindən qaynaqlana biləcəyi vurğulanır. Qadınlarınsa uşaqlara baxa bilmə və etibarlı ər axtarma səbəbi ilə tanıdıqları kişilərə üstünlük verdikləri deyilir.
Məktəbli çantalarında nəyə diqqət etməliyik?
Məktəb alış- verişində önəm verilən əsas əşyalardan biri məhz çantadır. Lakin uşaqların sağlamlığı, eləcə də rahatlığı üçün önəmli olan çantaların yanlış seçimi bir çox fəsadlara gətirib çıxara bilər. Belə olan halda, valideynlər məktəbli çantası seçərkən nəyə diqqət etməli və uşaqlar üçün yaranan təhlükənin qarşısını necə almalıdırlar?
Bürclərə görə qadınların ərlərinə MÜNASİBƏTİ
Ailə psixoloqları qadınlara ərlərinə təzyiq göstərməməyi və onları olduğu kimi qəbul etməyi məsləhət görür. Amma nədənsə qadınların çoxu ailə qurduqdan sonra həyat yoldaşlarının bəzi vərdişlərini dəyişdirməyə çalışır.
Diqqət: Qatıq vərəm xəstəliyinə qarşı təbii antibiotikdir
Hər kəsin qida məhsulu kimi tanıdığı qatığın faydalı xüsusiyyətləri çoxdur. O, ilk növbədə həzmi asanlaşdırır, dişdə daşların əmələ gəlməsinin qarşısını alır. Qatıq həm də vərəm xəstəliyinə qarşı təbii antibiotikdir, orqanizmi xərçəng, mədə-bağırsaq xəstəliklərindən qoruyur, eyni zamanda, dəriyə parlaqlıq verir. Vyana alimlərinin araşdırmalarına görə, gün ərzində 3-4 boşqab qatıq yemək immunitet üçün əvəzsiz rol oynayır.
“AppLab” Mərkəzi biznes planın hazırlanması üzrə intensiv təlim təşkil edib
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti “AppLab” proqramının iştirakçılarının davamlı inkişafını dəstəkləmək məqsədilə təlimlərə başlayıb.
“WhatsApp”dan maraqlı YENİLİK
"WhatsApp” messenceri istifadəçilərini eksklüziv yeniliklə sevindirir. Artıq istifadəçilər rəngli mətn statusları yaza biləcəklər. “WhatsApp”dakı statuslar qısa bildirişlərdən ibarətdir və bir neçə gün ərzində qala bilir. Sonradan isə proqram tərəfindən silinir. “VKontakte” və “İnstagram” sosial şəbəkələrində bu seçim “histories” adlanır. Xatırladaq ki, rəngli statusları bu messencerin məxsus olduğu “Facebook” sosial şəbəkəsində də dərc etmək mümkündür.
Banklar gücləndirilmiş iş rejimində işləyəcək - SİYAHI
Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri ərzində əhalinin və çoxsaylı turistlərin bank xidmətlərindən rahat faydalanması üçün bir sıra bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq.
Ali məktəblərə və magistraturanın boş qalan plan yerlərinə qeydiyyat başa çatıb
Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı başa çatıb. Qeydiyyat prosesi bu gün saat 17:00‑dək davam edib. Bu müddətdə ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər və bakalavrlar sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməli idi. Qəbul olanların təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Lənkəran regional ədliyyə idarəsi Yardımlıda seminar-müşavirə keçirib
Lənkəran regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Yardımlı rayonunda bələdiyyə üzvlərinin və qulluqçularının maarifləndirilməsi məqsədi ilə seminar-müşavirə keçirilib. “Olaylar” xəbər verir ki, bələdiyyə üzv və qulluqçularının iştirakı ilə keçirilən tədbirdə Lənkəran regional ədliyyə idarəsinin məsləhətçisi Aqil Salmanov Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar barədə məlumat verərək, bələdiyyə üzv və qulluqçularının maarifləndirilməsinin və onlara metodiki kömək göstərilməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, “Bələdiyyə üzvləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması yerli özünüidarənin rolunu gücləndirir”, “Korrupsiya hüquqpozmalarının qarşısının alınması və bələdiyyələrin fəaliyyətində şəffaflığın artırılması”, “Bələdiyyələrdə kargüzarlığın təşkili” mövzusunda məruzə edib. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
Nazpəri Dostəliyevanın evindən oğurlanan qızılların və pulların GÖRÜNTÜLƏRİ - YENİLƏNİB
Xalq artisti, tanınmış müğənni Nazpəri Dostəliyevanın evindən seyf oğurlayan şəxslər saxlanılıblar. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı, Sumqayıt sakinləri, əvvəllər Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 127-ci (qəsdən sağlamlığa az zərə vurma) maddələri ilə məhkum edilən Hüseynli Yunis Hüseyn oğlu və Verdiyev Ruslan Əzizağa oğlu saxlanılıblar.
78 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilib
Hacıqabul və Kürdəmir rayonlarında Dövlət Məşğulluq Xidməti Orqanları tərəfindən “Əmək Yarmarkası” keçirilib. Dövlət Məşğulluq Xidmətindən “Olaylar”a verilən məlumata görə, Hacıqabul rayonunda keçirilən tədbirdə 32 müəssisə iştirak etmişdir ki, onlardan 28-i dövlət, 4-ü qeyri dövlət müəssisələri olmuşdur.

.jpg)












