Sosial
78 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilib
Hacıqabul və Kürdəmir rayonlarında Dövlət Məşğulluq Xidməti Orqanları tərəfindən “Əmək Yarmarkası” keçirilib. Dövlət Məşğulluq Xidmətindən “Olaylar”a verilən məlumata görə, Hacıqabul rayonunda keçirilən tədbirdə 32 müəssisə iştirak etmişdir ki, onlardan 28-i dövlət, 4-ü qeyri dövlət müəssisələri olmuşdur.
“İnfiniti” ilə qəza törədən məmur oğlu həbs edildi — RƏSMİ
Ağdaşda sərxoş vəziyyətdə yol-nəqliyyat hadisəsi törədən sürücü inzibati qaydada cəzalandırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, avqustun 27-də, saat 00:35-də Ağdaş şəhər sakini, 1990-cı il təvəllüdlü İlqar Həsənov idarə etdiyi və özünə məxsus olan “Infiniti FX35” markalı 90-ZM-111 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirərək mağazanın qarşısındakı soyuducu kameralara, daha sonra işıq dirəyinə və 5 saylı orta məktəbin daş hasarına dəyməklə yol nəqliyyat hadisəsi törədib.
"Bu xəstəliyə görə 5 kiloqram arıqlamışam" - Vüsalə Əlizadə
Aparıcı Vüsalə Əlizadə son günlər xeyli çəki atmasının səbəbini açıqlayıb. O, bildirib ki, mədəsində problem var və 20 gündür pəhriz saxlayır. Vüsalə buna görə 5 kiloqram çəki atdığını deyib: "Son günlər həddindən artıq yayılan mədə ağrıları məndən də yan keçməyin. 20 gündür müalicə məqsədiylə pəhriz saxlayıram: kəsmik, qaynadılmış kartof, çiy kartof suyu içməkdən ağzımın dadı da qaçıb.
Vətəndaşların korrupsiya ilə əlaqədar müraciətlərinə necə baxılmalıdır?
Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunua əsasən korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə müraciət daxil olduqda dövlət orqanının rəhbəri müraciət üzrə xidməti araşdırma təyin edir. Xidməti araşdırmanı müvafiq dövlət orqanında daxili nəzarət xidməti aparır.
Məscidə 20 – dən çox kitab hədiyyə edildi
Bilik Fondu “İslam Həmrəyliyi İli” ilə bağlı bölgələrdə keçirdiyi tədbirlər çərçivəsində Masallı şəhərindəki Cümə məscidinə dini, elmi və bədii kitablar hədiyyə edib. Fonddan “Olaylar” – a bildirilir ki, dindarlar, ictimaiyyət nümayəndələri və ziyalıların iştirakı ilə təşkil olunan mərasimdə Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla çıxış edib. Qeyd olunub ki, “Məscid kitabxanası” layihəsi çərçivəsində indiyədək Bilik Fondu tərəfindən 20-dən çox məscidə kitablar hədiyyə edilib. Masallı Cümə məscidi dini icmasının sədri və axundu Vaqif Mikayılov 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan etdiyinə görə Prezident İlham Əliyevə dindarlar adından minnətdarlıq edərək iki yüz ildən çox yaşı olan məscid binasının təmir olunub tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunduğunu, məscidin hər kəsin üzünə açıq olduğunu, dini ayin və mərasimlərdə heç bir ayrı-seçkiliyə yol verilmədiyini diqqətə çatdırıb.
Eldar Mahmudovun bank talayan ailə üzvləri: əmioğlu azadlığa çıxdı
Nəsimi Rayon Məhkəməsində “Azərtürkbank” ASC-nin Bakı filialının sabiq müdiri, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən İlham Mahmudovun cinayət işi üzrə məhkəmə iclası hökmün oxunması ilə başa çatıb. Virtualaz.org xəbər verir ki, hökmə əsasən, İ.Mahmudov 1 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin 1000 manat cərimə olunub.
Qurban bayramı ilə əlaqədar baytarlıq nəzarəti gücləndirilib
Sentyabrın 1-2-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar dövlət baytarlıq nəzarəti gücləndirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) “Olaylar”a verilən məlumata görə, respublikanın rayon və şəhərlərində qurbanlıq heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda satışının və kəsiminin qarşısının alınması, ətlərin baytarlıq-sanitariya ekspertizasından keçirilməsi məqsədi ilə əmr verilib.
“Bir insanı xilas edən bütün insanlığı xilas etmiş olur” - Jeroen Vilyams
Bu yaxınlarda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəsmiləri, əməliyyatlar bölməsinin rəhbəri Jeroen Vilyams və layihə meneceri Ramilə Aslanova ilə birlikdə Azərbaycanın müharibədən zərər çəkmiş ərazilərinə səfər edib.
Gəncədə tapılan yeraltı yolların tarixi sirri - AMEA AÇIQLADI
Qədim Gəncənin mərkəzində yeni su və kanalizasiya xətlərinin çəkilişi zamanı qədim kəhriz və bir neçə əsr yaşı olan yeraltı keçidlər aşkarlanıb. Kəhrizlərin içərisi hələ də yarıya qədər su ilə doludur. Yeni tapıntı ilə bağlı daha detallı məlumat almaq üçün AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Gəncə bölməsi ilə əlaqə saxladıq.
Qaydaları pozan sürücüsü işdən qovuldu
Metronun “Neftçilər” stansiyası yaxınlığındakı piyada keçidində yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair yayılan 40 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun (Dövlət Qeydiyyat Nömrəsi 10-TG-832) sürücüsünün videogörüntlə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılıb.
Mədəniyyət və İncəsənət Universitetinin tələbəsinin intiharının TƏFƏRRÜATI
Masallı rayonunun Şərəfə kəndində 20 yaşlı Sədi Bəşirov intihar edib. Kənd sakinlərinin verdiyi məlumata görə, Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi olan S.Bəşirov nənəsi ilə birlikdə yaşayırdı. O, əmisinin həyətindəki yarımçıq tikilidə intihar edib: “Sədinin anası illərdir ağır xəstədir. O, hələ ailə qurmamışdan əvvəl avtomobil qəzası keçirib. Ağır kəllə-beyin travması almışdı. Həmin qəzadan beynində problem qalıb. Uşaqları olandan sonra xəstəlik daha da kəskinləşdi. 4-5 ildir ki, Sədinin anası Bakıda xalasının yanında qalır. O, yataq xəstəsi olmasa da, tək özünü idarə edə bilmir. Sədinin atası ilə boşanandan sonra başqa bir qadınla ailə qurub Bakıda yaşayır. Onun yoldaşından ayrılma səbəbi də məhz xəstəliyi idi”.
Naz Naxçıvan kişilərini təhqir etdi: Naxçıvan eşşəyi..."
Azərbaycanda uşaqlara ilk dəfə verilən 4 AD
Son dövrlərdə Azərbaycanda uşaqlara qoyulan adların siyahısına daxil olan adların çoxu türk mənşəlidir. Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. Onun sözlərinə görə, son zamanlar siyahıya çoxlu sayda yeni adlar daxil edilib: "Bilirsiniz ki, ad yaradıcılığı daim inkişafdadır. Artıq valideynlər də axtarışdadır və yeni adlar kəşf etmək istəyirlər. Son zamanlar həm qız, həm də oğlan adlarında valideynlər daha çox türk mənşəli adlara üstünlük verir.
Saxta məktəbli formalarının aşkarlanması üçün reydlərə başlanıldı
Azərbaycanda ticarət mərkəzlərində satılan saxta məktəbli formalarının aşkarlanması üçün bu gündən reydlərə başlanılıb. Bunu "Bakı Tikiş Evi" Açıq Səhmdar Cəmiyyətinin Satış şöbəsinin rəisi Etibar Əzimov deyib.
Gələn ildən işsizlərə sığorta haqqı ödəniləcək
“İşsizlikdən sığorta haqqında” qanun 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. Bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən müvafiq fərman imzalanıb. Hazırda həmin fərmanın icrası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən müvafiq tədbirlər görülməkdədir”.














