Məscidə 20 – dən çox kitab hədiyyə edildi
Bilik Fondu “İslam Həmrəyliyi İli” ilə bağlı bölgələrdə keçirdiyi tədbirlər çərçivəsində Masallı şəhərindəki Cümə məscidinə dini, elmi və bədii kitablar hədiyyə edib. Fonddan “Olaylar” – a bildirilir ki, dindarlar, ictimaiyyət nümayəndələri və ziyalıların iştirakı ilə təşkil olunan mərasimdə Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla çıxış edib. Qeyd olunub ki, “Məscid kitabxanası” layihəsi çərçivəsində indiyədək Bilik Fondu tərəfindən 20-dən çox məscidə kitablar hədiyyə edilib. Masallı Cümə məscidi dini icmasının sədri və axundu Vaqif Mikayılov 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan etdiyinə görə Prezident İlham Əliyevə dindarlar adından minnətdarlıq edərək iki yüz ildən çox yaşı olan məscid binasının təmir olunub tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunduğunu, məscidin hər kəsin üzünə açıq olduğunu, dini ayin və mərasimlərdə heç bir ayrı-seçkiliyə yol verilmədiyini diqqətə çatdırıb.
28 Avqust 2017 16:23 SosialBilik Fondu "İslam Həmrəyliyi İli" ilə bağlı bölgələrdə keçirdiyi tədbirlər çərçivəsində Masallı şəhərindəki Cümə məscidinə dini, elmi və bədii kitablar hədiyyə edib.
Fonddan "Olaylar" - a bildirilir ki, dindarlar, ictimaiyyət nümayəndələri və ziyalıların iştirakı ilə təşkil olunan mərasimdə Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla çıxış edib. Qeyd olunub ki, "Məscid kitabxanası" layihəsi çərçivəsində indiyədək Bilik Fondu tərəfindən 20-dən çox məscidə kitablar hədiyyə edilib.
Masallı Cümə məscidi dini icmasının sədri və axundu Vaqif Mikayılov 2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan etdiyinə görə Prezident İlham Əliyevə dindarlar adından minnətdarlıq edərək iki yüz ildən çox yaşı olan məscid binasının təmir olunub tarixi abidə kimi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunduğunu, məscidin hər kəsin üzünə açıq olduğunu, dini ayin və mərasimlərdə heç bir ayrı-seçkiliyə yol verilmədiyini diqqətə çatdırıb.
Bilik Fondunun məruzəçiləri - Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi Adil Balıyev, Əməkdar Müəllim Hüseyn Şahbəndəyev, tanınmış filoloq, təhsil eksperti Şakir Paşayev vurğulayıblar ki, məscidlərə maarifçiliyi, insanların bədii zövq və biliklərini, dünyagörüşünü artıran kitabların hədiyyə edilməsi, "Məscid kitabxanası"nın yaradılması olduqca dəyərli ideyadır.